Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik.
Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir.
"Dövlət olaraq bunu tənzimləməliyik. Qaçılmaz reallıqdır ki, uşaq hansısa dərslik və cəlbedici video kontent arasında qalsa, o video kontentə baxacaq. Növbəti illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsildən daha çox olacaq və bunu məhdudlaşdıra bilmərik”, - E. Əmrullayev bildirib.