Qətər nümayəndə heyəti İranın paytaxtı Tehrana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində tərəflər iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərini, eləcə də Yaxın Şərqdə baş verən son hadisələri müzakirə edəcəklər.
Görüşlərdə bölgədəki vəziyyət, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Bununla yanaşı, Tehranın ABŞ tərəfindən “məcburi müharibə” kimi xarakterizə etdiyi qarşıdurmanın dayandırılması istiqamətində diplomatik səylər də müzakirə olunacaq. Tərəflər münaqişənin nizamlanması ilə bağlı danışıqlar prosesində baş verən son dəyişikliklər üzrə məsləhətləşmələr aparacaqlar.