21 dekabr 2014, Bazar
Xocavənd köçkün rayonları arasında birinci yeri tutdu
Rusların Türkiyədən böyük köçü başladı
Nəbi, Qabil, Bəxtiyar
Erməni silahlı bölmələri cəbhənin Tovuz, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl rayonları istiqamətində atəşkəsi pozublar
Rusiya öz qızıl ehtiyatlarını satmağa başlayıb
Avstraliyada 8 uşaq bıçaqlanaraq öldürülüb
Parlament Son xəbərlər Ölkə Cəmiyyət Müsahibə QHT Fotosöhbət Gündəm İqtisadiyyat Media Reportaj Mədəniyyət Ədəbiyyat Dünya
FotoVideoForumSorğularReklam xidmətiAxtarışƏlaqə
Ermənistanda Sarkisyanın anasını söyənləri döyürlər
Eboladan ölənlər çoxalır
Təpəgöz və tartarlar - II
Deputat Jalə Əliyevanın anası ilə FOTOLARI
7 şagird gəzintidən hamilə qayıtdı
Ağ ayı balalarını yedi
Putin: “Rusiya istənilən təhlükəyə hazır olmalıdır”
İŞİD daxili orqanları satan şəbəkə yaradıb
Yəhudilər Putinin Çexiyaya səfərinə etiraz etdilər
Baş nazirin qızına aşağı qiymət yazan müəllim məktəbdən qovuldu
Şair Qabilin oğlu İnkirlə Minkirə necə dərs keçdi?
5 yaşlı qızın yanıb ölməsilə bağlı rəsmi MƏLUMAT
Azərbaycanlı istifadəçilərin Facebook-da paylaşdıqları MƏZƏLİ ŞƏKİLLƏR
Milli Şura yenə mitinq keçirəcək
Azərbaycanda dərmandan zəhərlənən xəstə ölüb
İstirahət gününün hava PROQNOZU
Milli Məclisin ağlamalı gülməcələri- X - Bakıda Qulamhüseyn Əlibəylini döyməyən polis qalmayıb...
İŞİD həbsxanası - FOTOLAR

Xəbərlər arxivi

«

Dekabr 2014

»

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

16

17

18

19

20

21

22

23

24

25

26

27

28

29

30

31

       
 
New Page 2
A A A
Şubanı dağlarının "mühasirəsi"ndə: Qobu və qobulular...
 04.11.2009, 10:40

ABŞERONUN FƏRQLİ DANIŞIQ LƏHCƏSİ İLƏ TANINAN KƏNDİNDƏN REPORTAJ  

Mən aşığam Qobuda,
Qobustanda, Qobuda.
Dönəydim sal daşlara,
Qalaydım o Qobuda.
Yolum Qobuyaydı, Bakının 10 kilometrliyində yerləşən Abşeron rayonunun qədim kəndinə. “Bakı kəndləri” silsiləsindən növbəti yazımı buradan hazırlayacaqdım. Yola düşməzdən əvvəl kəndin tarixi, adət-ənənələri haqda bir az bilgi topladım ki, işim asan olsun.

Qobunun tarixi

Tarixçi Sara Aşurbəyli tədqiqatlarında yazıb ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı “çökəklik, müvəqqəti su axarı olan dərə, düzən” mənalarını verir. Qobu hər tərəfdən Şubanı dağları ilə əhatə olunub.
Qobuluları Abşeronun başqa kəndlərinin əhalisindən fərqləndirən bir sıra xüsiyyətlər var. Əsas fərqli xüsusiyyət isə danışıq ləhcəsindəki fərqdir, həmin ləhcə Abşeronda yalnız qobululara məxsusdur. Məsələn qobulular “gələcəyəm” sözünü “gələtdi”, “gedəcəyəm”i “gedətdi”, “biləcəyim”i “bilətdi” kimi işlədirlər. Yəni bu kəndin sakinlərinin ləhcəsində işlədilən fellər “ətdi, itdi, atdı, utdu” sonluğu ilə bitir. Bu isə bir qədər şirin və baməzə alınır.
Qobunun əhalisi hazırda 10 min nəfərə yaxındır. Yerli əhalinin bir hissəsi  vaxtilə Quba, Şamaxı və Gədəbəydən gələnlərdi. Onları 1937-ci ildə Qobu ərazisinə sürgün ediblər.
Qobulular əsasən əkinçilik, maldarlıq, dəvəçiliklə məşğul olurlar. Hazırda Azərbaycanda ən böyük dəvəçilik təsərrüfatı da Qobuda yerləşir. Hazırda kənd əhalisinin bir qismi neft sənayesində çalışır.

Adət-ənənələr

Qobu ağsaqqalları mənimlə söhbət zamanı bildirdilər ki, kənddə milli adət-ənənələr qorunub saxlanılır. Məsələn, toy mərasimində kişilər və qadınlar ayrı-ayrılıqda otururlar. Qobulular süfrələrində bozbaş, düşbərə, qutab, buğlama, saciçi kimi milli xörəklərə, eyni zamanda ağartıdan hazırlanan yeməklərə üstünlük verirlər.
Ağbirçəklərdən öyrəndim ki, Qobu sakinləri Novruz bayramında elə bir büsat, elə bir məclis qururlar ki, onun iştirakçısı olan adam özünü qədim zamanlarda hiss edir. Belə ki, Qobuda hər bir gəlin bayram günündə ata evindən pay gözləyər. Hətta gəlinin 100 yaşı olsa belə. Qobu camaatı üçün dəvəsiz Novruz olmur. At, eşşək minmək, xoruz döyüşdürmək də öz yerində. Hər kəs bu adətlərə əməl etməlidir. Bir adət də var: Novruz bayramında qızlar gəlinlər ağbirçəklərin məclisinə gedib, onlardan xeyir-dua alar. Bayram günündə hər kəsin evində süfrə açılır. Bundan başqa, kəndin mərkəzində ləziz xörəklər bişirilir. Adətə görə, bu xörəkdən hamı yeməlidir. Sonra da böyüklü-kiçikli - hər kəs tonqal ətrafında qol götürüb oynamalıdır. Cavanlar bayram günü meydana çıxıb öz gücünü göstərməlidirlər. Heç kəs bu adətlərə xələl gətirə bilməz. Beləcə, qobulular milli adət-ənənələri yaşadıb bir nəsildən o biri nəsilə ötürür və milli özünəməxsusluqların sıradan çıxmasına imkan vermirlər.
Qobuda bir qayda da var, qəbirləri hasarlamaq olmaz. Onu da Qobu bələdiyyəsi tətbiq edib.
Kənd öz ənciri ilə də məşhurdur.

Nuru Paşanın qərargahı

1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusu bir müddət Qobu kəndində təlim keçib. O zaman Ordu komandanı Nuru Paşa Qobu sakini Kərbəlayi Qasımın evini özünə qərargah seçib. Deyilənə görə, Nuru Paşa və Qafqaz İslam Ordusunun bir neçə yüksək rütbəli zabiti evin ikinci mərtəbəsində yaşayıblar. Kərbəlayi Qasımın böyük ailəsi isə müvəqqəti olaraq, birinci mərtəbədə məskunlaşıb. İngilislərin hədəfindən yayınmaq üçün gecələr evdə lampa yandırmaq qadağan olunubmuş. Nuru Paşa və silahdaşları Qobuda olduqları vaxt evin gəlinlərindən biri uşaq dünyaya gətirir. Nuru Paşa birinci mərtəbədəki səs-küyün səbəbini öyrənəndə dərhal heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Evin sahibinin bu mənzərədən bərk təəccübləndiyini görən zabit Nuru Paşanın arzusunu dilə gətirir: "Paşam dedi ki, qoy, cocuk gözünü işıqlı dünyaya açsın".
İndi Qobuda elə bir adam tapılmaz ki, Kərbəlayi Qasımın evini tanımasın və bu evin Bakının tarixində necə önəmli rol oynadığını bilməsin.

Qoçular

Bütün Bakı kəndləri kimi Qobuda da məşhur qoçular olub. 1918-ci ildə kənd erməni-daşnak qüvvələriin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. Həmin vaxtlarda xilaskar türk ordusu gələnə kimi Məşədi Hilal İsmayıl oğlu, Qoçu Adilin rəhbərliyi altında kəndin say-seçmə kişiləri daşnak-bolşevik, ingilis quldurlarının qabağını ala biliblər. Deyilənə görə, Qoçu Adilin qəhrəmanlığından xəbərdar olan Nuru Paşa hətta ona silah da bağışlayıb. 

Qobulular


Bu kənddən bir çox üləmalar, dərvişlər, ruhanilər, ziyalılar, alimlər çıxıb. Şeyx Əbdülhüseyn, Şeyx Əliməmməd, Şeyx Məmmədkərim, Molla Murad, Molla İmanqulu, Mirzə Abdulla, Mirzə Hacı, Mirzə Cəbrayıl, Mirzə Mirzəbala, Yusif Bayramov, xalq rəssamı Qəzənfər Xalıqov kimi tanınmışlar Qobuda doğulub, boya-başa çatıblar.
Qobuda Böyük Vətən Müharibəsində iştirak edən 400-dən artıq müharibə iştirakçısının xatirəsinə abidə qoyulub. Müharibədə iştirak edənlərdən 4 kişi 1 qadın sağ qalıb.
Qarabağ savaşında isə Qobu kəndindən 170 nəfər iştirak edib, 7 qobulu şəhid, 6-sı əlil olub.

Abidələr

Kənddə tarixi memarlıq abidəsi kimi tanınan hamam var. Deyilənə görə bu hamam XIX əsrdə kəndin xeyriyyəçisi Mirzə Abdulla tərəfindən tikilib. Kənd sakinləri hamamın dağılıb getməsindən narahatdırlar. Onların sözlərinə görə, XIX əsrdə tikilmiş hamam tarixi abidə kimi qorunmalıdır, amma aidiyyatı qurumlar buna biganə yanaşır. Tarixi abidə kimi qorunan sofu Həmid piri, Qırxqızlar piri, Nişangah qala da maraq doğurur.
Deyirlər dağın ətəyində yerləşən Qırxqızlar pirindən hər cümə günü su çıxır.
Kənddə qədimi qəbirstanlıq var ki, oradan aparılan bəzi daşlar indi İçərişəhərdəki karvansarada saxlanılır. Daşların üstündəki yazılar isə şikəstə xətlə yazılıb.

Zooloji Park da burada yaradılacaq

Qeyd edim ki, Azərbaycanda yeni yaradılacaq Zooloji Park məhz Qobu kəndində yerləşdiriləcək. Parkın ərazisi 230 hektar nəzərdə tutulub. Hazırda Zooloji Parkın yaradılması üçün seçilmiş ərazinin istifadəsinin yararlılıq dərəcəsinin öyrənilir.
Ərazidə çalışan mütəxəssislərdən öyrəndim ki,Zooloji Park forma və məzmununa görə dünyada analoqu olmayan bir layihədir və burada tək Azərbaycanın deyil, digər qitələrin də bitki və heyvanat aləmilə tanış olmaq mümkün olacaq. Parkda tikiləcək binaların üzərində Qobustan qayaüstü rəsmləri, paleontoloji materiallar, orta əsr miniatür sənəti və Azərbaycanın heyvanat aləminin tarixi inkişaf dövrü nümayiş etdiriləcək.
Dünya təcrübəsinə əsasən, Zooloji Park bioloji müxtəlifliyin, xüsusən nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qobunun şan-şöhrətli xalçası

Sovet dövründə kənddə Quşçuluq fabriki olub. Sakinlər deyirlər ki, fabrik 1992-ci ildə ləğv edilib.
Qobu xalçası öz çeşidinə və öz toxunuşuna görə həmişə Azərbaycanda tanınıb. Burada xalçanı dəvə yunundan hazırlanan, təbii otlarla rənglənən iplərlə toxuyurmuşlar. Vaxtilə  Qobu xalçası hətta xaricə də satılırmış.
Hazırda da qobulular bu sənətlə məşğul olurlar. Kənddəki  Xalçaçılıq fabrik təmirə dayandırılıb. Fabrikin işçiləri bildirdilər ki,  təmir başa çatdıqdan sonra burada 200-ə yaxın işçi çalışa biləcək.
Qobuda 3 məktəb, 2 uşaq bağçası var. Kənddə 45 çarpayılıq xəstəxana da fəaliyyət göstərir.

Problemlər

Qobunun mərkəzləşmiş kanalizasiya sistemi yoxdur, ancaq yağış sularının axıdılması üçün 16 km beton kanal çəkilib. Yaşayış məntəqəsində 16 işıq transformatoru qoyulub.
Qobulular dedilər ki, onların əsas problemi təbii qazın olmamasıdır. Çünki kəndin 30-35%-nə təbii qaz verilir.
Qeyd edim ki, kəndin daxili yolları ilə hərəkət edən avtobus marşrutu açılıb. Bələdiyyə sədri Mübariz Bayramov dedi ki, Qobuda bütün ailələr torpaqla təmin edilib: “Bölgü zamanı yerli sakinlərə həmişə güzəşt edilib. İmkansız ailələrin torpaq sahəsilə təminatı onlara lap asan başa gəlib”.
Qobuda bir dənə də olsun istirahət park yoxdur. Sakinlər isə bunu istəyirlər.
Hazırda kənddə yeni tikililər inşa edilir. Bunlar mədəniyyət kompleksi, musiqi məktəbi, idman kompleksi, məsciddir.


Qobu burdan başlayır


 Kəndin ümumi mənzərəsi

 

Qobu vulkanı

Şəhidlik
 
Qobu məktəbi
Məscid


 Təmirə dayandırılan xalçaçılıq fabriki


Fabrikdə xalça toxumaq üçün avadanlıq (hanalar)

 Yeni tikilən məscid


 Məktəbəqədər tərbiyə müəssisəsi


Şəhid abidəsi

Qobuda pir

Pirin içərisindəki dəvə abidəsi

Qədim tikili

Uçub-dağılmaqda olan qədim hamam

13 metr dərinliyi olan qədimi su quyusu

Xəstəxana

 Bu da orta məktəbdi


Günay MUSAYEVA


 

 
Oxunub: 7569
Çap variantı
Məktub göndər
Facebook-da paylaş


Şərhlər
nadir
17-11-2009
salam


Nail_Rosan
12-01-2010
Xebere gore sag olun


Aygun
02-02-2010
sag olun xeber gore


Aygun
02-02-2010
Qobu haqqinda cox sehf yazmisiniz.Kim deyir ki Qobu kendinin ehalisinin ekseriyyetini Samaxi Gedebey)))))))))))cammati teshkil edir?1937-il))))))))).Qobunun ehalisinin ekseriyyeti ele qedim Qobululardir.


ELGUN
03-03-2010
SALAM MELUMATA GORE TESEKKUR EDIREM Qobu haqqinda cox sehf yazmisiniz.Kim deyir ki Qobu kendinin ehalisinin ekseriyyetini Samaxi Gedebey)))))))))))cammati teshkil edir?1937-il))))))))).Qobunun ehalisinin ekseriyyeti ele qedim Qobululardir.


EMIN
10-03-2010
QOBUDQ PERVIZ abadliq isleri ile helede davam edir ama bilmirem neqeder edecek


pərvanə
16-05-2010
Qobu haqqında səhv fikirlər yürüdürsünüz. Qobu elə qədim Qobulluların yaşadığı ərazidir.


Cavid_Jewellery
01-06-2011
Evvela Qobu haqqinda melumat topladiginiza gore cox sag olun.Amma bezi melumatlari sehv ve az yazmisiz.Meselen:Yerli əhalinin bir hissəsi vaxtilə Quba, Şamaxı və Gədəbəydən gələnlərdi.Ve mesqul olduglari sahe:Qobuda esasen senetkarliq sahesilede mesgul olurlar.Bu sahelerin icinde inkisaf etmis senetin biride Zergerlik senetidi.Qedimden bu senet ile mesqul olunur bu gune kimi.Basqa sahelerde oldugu kimi Zergerlik senetindede Qobu zergerlerinin ozune mexsus yeri var.


Qobulu
27-08-2011
sagolun melumata gore ancag bu melumatdan sora gedebeyliler diyeceyki QOBUNU biz tikmiwiy


Famil Corat
29-08-2011
Ey qobu ehli deyilen fikrlerle razilawmalisiniz. Bunlar faktlarla ireli surulen fikrler ve yazilardir.


Gülyetər Mikayıl qızı
04-10-2011
Melumatlara gore cox saq olun. Men yeddi nesilimi taniyan eslen Qobuluyam. Hacilar,ziyalilar neslinin numayendesi kimi qeyd ede bilerem ki, hansi bir eraziden gelib meskumlasmaqda eyiblik yoxdur,ancaq qeyd olunan erazilei tarixi daha qedim olmalidir,Qobuda gelmelerin olmasi barede esitmemisem


EMIL AGALIYEV
28-01-2012
EVVALA SALAM ALLAH CANINI SAG ELESIN SEKILLERI YERLESDIRENIN MELUMAT YAZANIN OLENLERI CENNETLIK OLSUN AMIN INSAALLAH


gunay
02-03-2012
məlumatlarda heç bir səhv yoxdur,sadəcə Qobulular əhali ilə baglı məlumatları inkar edirlər.Mən Qobu əhalisi haqqinda mənbələrlə tanışam,tam səhih,düzgün məlumatlardır.Qeyd edim ki,şərait həqiqətən də ürək açan deyil,lakin bundan çox yerli əhalinin gəlmələrə münasibəti daha acınacaqlıdır.Belə münasibət yalniz bədxah erməni qonşularımız üçün xarakterikdir.Torpaq millətindir,konkret kəndin deyil və onu qorumaq hər bir azərbaycanlının borcudur!


eliko
13-03-2012
bakinin 32 kendi var ama cox vaxt bakililra bir brinin terefini tutmur hele bir birinin ayaqinin altin qazib indiki zamanede beledu ama cox cujqalar gormujem ki bir birine patdeyjqa verib bizder bir birmize tirqa vermujug


Əhmədova Rəhilə Həmid qızı
26-04-2012
Günay xanım sizin yazdıqlarınız yalandır .Sizin tapdığınız mənbələr düzünü yazmır necəki azərbaycan tarixi haqqında yazılarda səhvdir.ona qalsa ermənilər Əmircan kəndinin də özününki hesab edirlər , həmişə azərbaycanın yaxşı vəzifələrində içləyən ermənilər olduğu üçün Bakının bir kəndləri haqqında məlumatlar yalandır..


emin ibragimov
21-05-2012
fexr eliyedem de (eliyirem) bu torpagnan


ayla
09-06-2012
salam evvela cox sagolun melumatniza gore Qobunun ehalisinin hardan geldiyinden xeberim yoxdu ama lehcemizde bir balaca sehv yazmisiz geletdi yox geled goretdi yox gored.ama deyimki tek tuk insan taparsizki bu lehceni isletsin.deyimki kende inkisaf gedir evveliki illerden ferqli olaraq cavanlar tehsile meyil gosterir ama kend ele 700 il evveliki kendirki qalib sehere 1 nece kilometr arasi var halbuki sehere cox cox uzaq olan kendler sehere oxsiyir gelmelere acinacaqli munasibeti ise teesufki gorurem ama onlar cox deyil bezi ozunu bilmeyenlerdi elelerideki her yerde var
yaziniza gore birde tesekkurler


VETEN SAG OLSUN
27-09-2012
MELUMATA GORE SAGOLUN AMA QOBU ELE QOBUDU XEYRI YOXDU.....!


nesrullyev vaqif qoblu
22-12-2012
xebere gore cox sagolun qobu ehli cox qonag perverdir veten sag olursun harali olursan ol insan ol


ELMAN
11-01-2013
QOBULULARIN GEDEBEYDEN GELMESI CHOX SEHV MELUMATDIR.QUBADAN VE SHAMAXIDAN GELIBLER.TARIXII DE DORDUNCU ESRDEN BASLAYIR.PROBLEMLERSE LAP CHOXDUR.YOLLAR BERBADDIR.IKI SAYLI MEKTEBDE TEHSIL SIFIRA BERABERDIR


Fehmin
25-01-2013
Neynirem men bu chayi, yaninda qendi olmasa , , , sevmerem men Bakini , Qobu kendi olmasa , , , kimin nese pritenziyasi olsa yazsin . . .


vaqif
04-03-2013
veten saxolsun harali olursan ol adam ol


Balaga
28-05-2013
Qobu kəndi haqqında yazdıgına görə sag ol.Amma Qobuya 2 nəfər Gedəbəydən gəlin köcübsə,bu o demək deyil ki,Qobuluların kökü ordandır.Belə fərziyyələrə görə onda Qobulular daha cox Masallılıdırlar ki.


eli hilalov
07-07-2013
xebere gore coooox sagolun.


nurlan ehmedzade
16-07-2013
salam gunay xanim...siz bu melumatlari hardan toplamisiz bilmey olar///melumat toplayanda xaish biraz diqqetli olun...Qobunun tarixini merhum Ezize xanim Ceferzade Baki 1501...ve Baki ve Bakililar kitabinda yazib....Qobunun tarixii 7ci esre gedib chixir...Siz dediyiniz Gedebeyden gelenler yox 1937ci ilde Qobunun 1 chox varli ailelerini ve vetenperver kishilerinin ailelerini sibire ve Gedebeye surgun edibler.Qobunun soy koku Turkan kendi ile eyni soya malikdir.......xaish edirem melumat yazanda deqiq ve durust yazin....................


MATRITSA
04-08-2013
EVVALA MEN BURDAN HAMIYA SALAM GONDERIB DEYIREMKI GUNAY XANIM INCIME NURLAN EHMEDZADE ile tam raziyam amma yene de yazdiglarva gore sagol


TEBIB RAFIQ QOBULU
10-09-2013
COX SEVINIREM KI , OZ YURDUM HAQDA TARIXI MUZAKIRE VE BEHSLER GEDIR


SSS
24-10-2013
COX GULMELIDI


Ilqar
03-12-2013
varolsun Qoblular


eli
26-02-2014
her wey eladi?problemlerden niye yazmirsiz?20 deqiqeden bir iwleyen marwurutdan yazin


Mehemmed
29-03-2014
Xahish edirem ki yazanda tarixi esaslarla yazin.Tarixi menbelere gore Qobuda ilk yasayis meskeni 6-ci esrde salinmishdir.Ipek yolundan kecen karvanlar Qobudan kecmish,Qobu develeri uzaq yola cixan sarbanlara zevvarlara yaxshi tanish idi.Qobu dashyonan heykeltarashlari zergerleri xalcacilari hele 12-ci esrde Bakida cox meshhur idiler.maraqlananlar filalogiya elmleri namizedi Mahmudova Aynurenin tedqiqatlari ile maraqlansinlar.Qobulularin esas ehalisi shamaxililar olub


pervane
02-04-2014
Her bir vaxt qobulu olmagimla fexr etmisem qobu kendi kimi qonaqperver el oba yoxdur! Qobu ele qobulularindir!


samir
11-07-2014
heyif Qobudan ve Qobu ehalisndenki. onlarin adini o Belediyye sedri Haci Emver batirir.


Rehman440
29-07-2014
Qobunun tarixi 4cu esre gedib cixir.. Qobudada qedim zamanlarda ele qoblular qalirsan!!!!


TƏNZİLƏ
16-09-2014
Qobu caamati zəhmətkeş və imkanli adamlardir. Ancaq Qobunun nə normal işigi var nə düz əməlli transformatoru nə də kanalizasiyasi. Payiz gələn kimi palciq dizə cixir Qişda qaz tez tez kəsilir..Bələdiyyə elə bil qiş yuxusundadir hec nəyə fikir vermir.Belə getsə camaat prezidentə şikayət edəcək






Şərh əlavə et
   Adınız:
   Email ünvanınız:
* Şərh:
  
Comment Submitted
 



 
Son xəbərlər
21.12.2014, 01:30
 Ermənistanda Sarkisyanın anasını söyənləri döyürlər
21.12.2014, 01:00
 Eboladan ölənlər çoxalır
21.12.2014, 00:40
 Təpəgöz və tartarlar - II
21.12.2014, 00:35
 Deputat Jalə Əliyevanın anası ilə FOTOLARI
21.12.2014, 00:16
 Sahibkarların pulunu ödəməyən İcra hakimiyyətlərinin işi araşdırılır
20.12.2014, 23:45
 7 şagird gəzintidən hamilə qayıtdı
20.12.2014, 23:15
 Ağ ayı balalarını yedi
20.12.2014, 22:30
 Putin: “Rusiya istənilən təhlükəyə hazır olmalıdır”
20.12.2014, 21:55
 İŞİD daxili orqanları satan şəbəkə yaradıb
20.12.2014, 21:30
 Yəhudilər Putinin Çexiyaya səfərinə etiraz etdilər
20.12.2014, 18:37
 Ermənistanda intihar edənlər artıb
20.12.2014, 18:30
 Baş nazirin qızına aşağı qiymət yazan müəllim məktəbdən qovuldu
20.12.2014, 16:16
 Şair Qabilin oğlu İnkirlə Minkirə necə dərs keçdi?
20.12.2014, 15:52
 Çeçenlərin prezidentdən də çox qoruduğu müğənni - İmam Alimsultanov necə öldürüldü...
20.12.2014, 15:01
 5 yaşlı qızın yanıb ölməsilə bağlı rəsmi MƏLUMAT
20.12.2014, 14:33
 Bir həftəyə əfv sərəncamı veriləcək - Əfv Komissiyasının üzvü
20.12.2014, 14:27
 Azərbaycanlı istifadəçilərin Facebook-da paylaşdıqları MƏZƏLİ ŞƏKİLLƏR
20.12.2014, 14:21
 Milli Şura yenə mitinq keçirəcək
20.12.2014, 13:59
 Azərbaycanda dərmandan zəhərlənən xəstə ölüb
20.12.2014, 13:20
 Köçkünlər ayağa qalxdılar: ““Azəriqaz” hesabat versin!”
20.12.2014, 13:15
 İstirahət gününün hava PROQNOZU
20.12.2014, 13:04
 Milli Məclisin ağlamalı gülməcələri- X - Bakıda Qulamhüseyn Əlibəylini döyməyən polis qalmayıb...
20.12.2014, 13:01
 İŞİD həbsxanası - FOTOLAR
20.12.2014, 12:49
 Xocavənd köçkün rayonları arasında birinci yeri tutdu
20.12.2014, 12:36
 Gəncədə 29 yaşlı qadını əri boğaraq öldürüb
20.12.2014, 12:31
 Firudin Cəlilov bu gün yenidən əməliyyat olunacaq
20.12.2014, 12:28
 Kuba liderinin qızı: “Kuba ABŞ-ın maraqlarına xidmət etməyəcək”
20.12.2014, 12:21
 “Proses bu sürətlə davam etsə, Rusiya gələn il çökəcək” - Vahid Əhmədov
20.12.2014, 12:03
 Azərbaycan dilinin genetik kökləri - II Məqalə
20.12.2014, 11:58
 Rusların Türkiyədən böyük köçü başladı
20.12.2014, 11:44
 “Məşhur tələbə yoldaşım”: “Əlibabanın nöqsanı bircə odur ki...” - Məşhur xanəndəinin tanınmış dostu DANIŞIR
20.12.2014, 11:23
 Həbs edilən ilahiyyatçıya QMİ-də vəzifə verilibmiş
20.12.2014, 11:22
 Ucqar kəndə göndərilən gənc müəllim danışdı:“Maaşlar artırılsın”
20.12.2014, 11:06
 Şair-publisist Əkbər Qoşalı mükafatlandırılıb
20.12.2014, 10:29
 ABŞ-dan Fətullah Gülənin həbs qərarına REAKSİYA: "Türkiyə bilər"
20.12.2014, 10:10
 Azərbaycanda 2 milyondan çox ailə var
20.12.2014, 09:52
 Deputatın anası, şairə Nurəngiz Gün vəfat etdi
20.12.2014, 09:50
 Cəbhədə vəziyyət gərginləşib
20.12.2014, 02:11
 Bakıda tanınmış ilahiyyatçının həbs xəbəri yayıldı
20.12.2014, 01:49
 Karlaq -150 min azərbaycanlının basdırıldığı sürgün düşərgəsi…

Abunə

Email ünvanını daxil edin

 
 
   

 

 
 
 

Parlament | Son xəbərlər | Ölkə | Cəmiyyət | Müsahibə | QHT | Fotosöhbət | Gündəm | İqtisadiyyat | Media | Reportaj | Mədəniyyət | Ədəbiyyat | Dünya |
Foto | Video | Forum | Sorğular | Reklam xidməti | Axtarış | Əlaqə

Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Copyright 2014 modern.az. All rights reserved. Powered by NextPoint LLC