17 noyabr 2018, Şənbə
Ana Səhifə - - Azərbaycanlı karateçi: “Brüs Liyə bir təpik vurdum, getdi girdi stolun altına” - MÜSAHİBƏ
Azərbaycanlı karateçi: “Brüs Liyə bir təpik vurdum, getdi girdi stolun altına” - MÜSAHİBƏ
02.08.2013, 12:38

Süleyman Məmmədli: “Bizim əksər idmançılar və federasiya prezidentlər çox “tripaş”dırlar” 

Tanınmış idmançı, əməkdar idman xadimi Süleyman Məmmədli Modern.az-ın suallarını cavablandırır.

- İyunun 7-dən 9-na qədər Yunanıstanın Afina şəhərində keçirilən döyüş sənətləri üzrə dünya çempionatına 15 nəfər getdik və 9 qızıl, 7 gümüş, 6 bürünc medal qazandıq. Mən orda 3 növdə çıxış elədim, bir qızıl, bir gümüş, bir bürünc medal qazandım.

- Rəqiblərinizin neçə yaşı var idi?

- Bəzən məni veteran idmançı kimi təqdim edirlər. Amma cəmi 1-2 dəfə veteran kimi çıxış etmişəm, qalan yarışlarım gənclərlə olub. Rəqiblərim 8-9-cu “dan” qara kəmər sahibləri idi. Onun ardınca iyulun 12-14-ü aralığında Amerikanın Orlando şəhərində keçirilən Çin döyüş sənətlərinin çempionatında iki növdə qüvvəmi sınadım və hər ikisində birinci oldum. Yarışa 950 idmançı qatılmışdı və səhər saat 8-dən axşam10-a kimi davam edirdi. 11 döşəkdə yarış gedirdi. Orda tez-tez-tez seminar keçirəm, dərəcə verirəm. Amerikada dünya qrand masterlərinin birliyi var. Onlar məni Çikaqoya dəvət elədilər, yerli idmançılara seminar keçdim, növbəti qrand master dərəcəsini və 10-cu “dan”ı verdilər. Mən 5 növdən 10-cu “dan”am, bir neçə növdən qrand masterəm.

- “Dünya karatesinin brilyant oğlanı” hesab olunan Rafael Ağayevi tanıyırsınız?

- Adını eşitmişəm, tanımıram.

- İştirak etdiyiniz yarışlarda mükafat fondu olur?

- Rəsmi yarışların heç birində pul mükafatı olmur. Qeyri-rəsmi yarışlarda, şou proqramlarda isə olur. Orda yalnız medal və diplom verilir. 

- Bilirəm ki, ikiotaqlı eviniz var. Avtomobiliniz isə ümumiyyətlə yoxdur.

- İndi də elədir.

- Necə dolanırsınız?

- Bədən Tərbiyəsi və İdman Akademiyasında müəllim işləyirəm.

- Ordan nə qədər maaş alırsınız?

- 350 manat.

- Bəs yarışlara gedəndə xərcləri kim çəkir?

- Nazirlik ödəyir. Amma Amerikaya gedəndə bütün xərclərimi dəvət edənlər çəkir. Mən də onlardan seminara pul almıram. Amma bir yapon, yaxud koreyalı getsə, 10-20 min dollar pul istəyər.

- Niyə almırsınız?

- İstəmirəm, çünki dostluğum möhkəmdir. Pul elə-belə şeydir.

- 350 manatla necə dolanırsınız?

- 30 ildən yuxarıdır ət yemirəm, içki dilimə dəyməyib, restoran-kafe tanımıram. Elə də çox xərcim yoxdur. 29 kvadratmetrlik mənzildə tək yaşayıram.

- Yəni boşanmısınız?

- Bəli. Qızım böyükdür, oğlum əsgərlikdədir. Amma ailəmlə düşmən deyilik.

- Neçə ildir həmin evdə yaşayırsınız?

-1996-cı ildən.

- Bəs ondan əvvəl?

- Onda ailəmlə yaşayırdım. 

- Siz həm də Turan Do döyüş sənətinin banisisiniz.

- Bu idman növünü 2004-cü ildə yaratmışam və tam əminliklə deyirəm ki, bütün növləri məhv edir. Çünki digər növlərdəki hərəkətlər yarandığı dövrə aiddir və tələblərə cavab vermir. Amma Turan Do həm müasir, həm universal, həm real döyüş növüdür. Hərbləşdiriliş Turan Do isə bütün idman növlərindən üstündür. Bu idman növünün yarışı olmur, ancaq xüsusi təyinatlı qruplara keçilir.


- İndi Turan Do yarışları keçirilir?


- Son iki ildə keçirilmir. Çünki prezidenti başqa adamdır. Amma Düyna Turan Do Assosiasiyasının prezidenti mənəm. Quruma 30-dan artıq ölkə daxil olub, seminarlar keçirəm, dərəcələr verirəm. Bizim uşaqlar da məşq edəndə əsasən Turan Do elementlərindən istifadə edirik. Sonra lazım olanda müxtəlif növlərə yönləndirirəm.

- Yəqin ki intensiv məşq edirisiniz.

- Hər gün səhər 6-nın yarısından 7-yə qədər məşq edirəm. Bəzən də gecələr məşq edirəm. Fiziki hərəkətlər, kompleks hərəkətlər olur, silahlarla işləyirəm. 

- Soyuq silah?

- Bütün silahlarla. Məndə real silahlar da var, yarış üçün nəzərdə tutulanlar. 

- Sizin gəzdirməyə icazəniz var?

- Ovçular cəmiyətini üzvü olduğuma görə silahım var.

- Son vaxtlar tatamidən, rinqdən kənarda fiziki gücdən istifadə etməyinizə ehtiyac yaranıb?

- Davadan uzaq olmaq lazımdır. Çalışıram ki, çox şeyi eşitməzliyə vurum. Məsələn, Amerikada küçədə ilişiblər, bir hərəkət göstərmişəm, başa düşüblər ki, ilişmək olmaz. Mən reklamdan qaçanam. Amma bəzi adamlar birinci “dan” olan kim qaçıb televizora çıxır. Bu qədər titullara rəğmən nəhayət ki, ötən il bədən tərbiyəsi və idman xadimi adı verdilər. 

- Elə bil mətbuatdan mediadan qaçırısınz.

- Tələbələrimin üzə çıxmasını daha çox istəyirəm. Məsələn, ötən il Hapkido Federasiyası olaraq ölkəyə 164 medal gətirdik. Azərbaycan tarixində ikinci belə bir federasiya yoxdur.

- Hapkido Federasiyasının illik büdcəsi nə qədərdir?

- 20 min manat. 

- Bu məbləğ nəyə çatır?

- Ancaq bir yarışa gedib-gəlməyə kifayət edir. Sponsorlar, valideynlər kömək edir, vəziyyətdən çıxırıq. 

- Həm ölkə adına yarış, həm də cibindən pul qoy?

- Gəl, söhbətimizdə siyasətdən bir az qaçaq.

- Ən bəyəndiyiniz idmançılar kimlərdi?

- Azərbaycanda o qədər qaynayıb-qarışmıram. Elə bil tərki-dünyayam, dərvişəm. Amma dünya miqyaslı ustalarla görüşmüşəm. Heç deməzsən ki, bu ustadır. Bizdə biri uğur qazanan kimi efirdən düşmür, maşın belə getdi, ev elə getdi. 

- Elnur Məmmədlini tanıyırsınız?
 
- Olmpiya çempionudur, sonra neylədi bilmirəm. Namiq Abdullayevlə tanışam, hörmətim var, sadə insandır. Əksər idmançılar və federasiya prezidentlər çox “tripaş”dırlar. 

-Bildiyimə görə Brüs Li haqda maraqlı bilgilərə sahibsiniz, amma heç vaxt bu haqda mətbuata danışmamısınız.  Hətta müəlliminiz onunla eyni dövrdə filmlərə çəkilib…

- Brüs Li elə də müsbət adam olmayıb. Çinlilər onu sevmirlər. 

- Səbəb nədir?

-Mənim birinci qrand master aldığım usta koreyalı Bok Man Kim 1934-cü ildə anadan olub və indi sağdır. Hazırda Amerikadadır. Bu adam suprem qrand masterdir, yəni ondan yuxarı titul yoxdur. Onun Brüs Li ilə bir əhvalatını sizə danışacam. Amma əvvəlcə onu deyim ki, çinlilərin əsas döyüş ustaları Brüs Lini sevmirllər və həmişə də onun əleyhinə danışıblar. Koreyalılar ümumiyyətlə onun adı gələndə əsəbləşirlər.

- Müsahibədən əvvəl dediniz ki, ustadınız Bok Man Kim ilk döyüş filmlərinə çəkilən ustalardan olub.

- Bok Man Kim 1969-72 ci illərdə üç döyüş filminə çəkililb və onlardan biri məndə var. Bok Man Kim deyir ki, Brüs Li çox dikbaş, alkoqolik, narkoman olub. Onun ayaq hərəkətlərini Amerikada taekvandonun əsaslarını qoyan Con Ri təkmilləşdirib. Onda elə yüksək ayaq hərəkətləri olmayıb. Çünki Brüs Li vin-çunla məşğul olub və bu idman növündə ayaq hərəkətləri yoxdur. Con Ri də hazırda Amerikada yaşayır.


- Brüs Li haqda əhvalat danışacaqdınız…

- Bok Man Kim deyir ki, birinci kinodan sonra Brüs Li sərxoş və özündən razı halda müsahibə verirdi. “Birdən məni gördü və söyməyə başladı ki, bu koreyalı da gəlib Honqkonqda filmə çəkilir?” Deyir “Brüs Lini çağırdım, gəldi. Bir təpik vurdum, getdi girdi stolun altına”. Bu Bok Man kimin sözüdür.

- Brüs Lini ölümü necə olub?

- Öldürüblər. Belə işlərinə görə çox ehtimal ki, onu çinlilər öldürüb. Çində və digər yerlərdə yaradılmış döyüş növlərini təhqiramiz formada dəyişdirib. Buna da xəbərdarlıq ediblər ki, belə təhqiramiz dəyişiklik etmək olmaz və aradan götürüblər.

- Deyəsən çinlilərə münasibətiniz o qədər də yaxşı deyil.

Çin elə güclü olsaydı, Türkə qarşı 8 min kilometrlik Çin səddi çəkməzdi..

- Cekki Çanı döyüş ustadı saymaq olar?

- Hə, o “sərxoş” stildə yaxşı oynayır. Özü də Brüs Li-dən yaxşı döyüşçüdür və onu sevmir. 

- Hansı məşhur idmançılarla görüşləriniz olub?

- Dünyada çox güclü idman ustalarıyla görüşmüşəm. Məsələn, taekvandonun yaradıcısı general Çoy Honq Hi ilə görüşümüz olub. Onun tələbəsi olan və qlobal taekvandonun yaradıcısı Park Cun Te ilə görüşmüşəm. Çun kundo-nun yaradıcısı Bok Man Kimi görmüşəm. Ona görə özümü xoşbəxt hiss edirəm. Amma elə bir usta görməmişəm ki, bütün növləri bilsin.

- İndiki idmançılarda nə çatışmır?

-İndi kimlərsə idmanı öyrənir, amma fəlsəfəsini bilmirlər.

- Yaxşı idmançı olmağın 5 qaydası nədir?

- Birinci insanın daxilində kürəcik olmalıdır. İkincisi böyük əzm və zəhmət lazımdır. İdman gərginlikdir, idman zədədir. Qidalanmaya fikir vermək lazımdır. Bütün davranış düzgün qidalanmaqdan asılıdır. Bizim qidalar, yeməklər çox dadıdır, ancaq insan üçün çox ziyanlıdır. Elmi kitablarımda da bu haqda yazmışam. Müəyyən məsələləri nəzər almasaq, xəstəliklərin 70 faizi qidalanmadan yaranır. Elə qidalar var ki, onları bir yerdə yemək olmaz.

- Məsələn?

- Ət və çörək qətiyyən tutmur. Südü heç nə ilə yemək olmaz. Mədə hər qidanı bir cür həzm edir. Amma 10 qidanı eyni vaxtda həzm etməkdə çətinlik çəkir.
Bədən də nə qədər təmiz olsa, həm mənəvi, həm fizioloji baxımdan sağlam olur. Mənim cəldiyim yediklərimlə əlaqədardır. Əsasən balla qidalanıram, ildə 60-70 kilo bal yeyirəm. Bədən təmiz olanda sənə rahat qulluq edir. Mən 2004-cü ildəAmerikada imtahan verəndə cəldiyimlə yaşım üst-üstə düşmədi. Xüsusi aparatla yoxladılar 18-22 yaş göstərdi. İnsan özü özünün həkimi və hakimi olmalıdır. Düyü, ağartı yemək lazımdır. Mən müəyyən şeyləri çiy yeyirəm

- Maraqlıdır, nələri?

- Kartofu çiy yeyirəm.Amma hər kartofu da çiy yemək olmaz. Bişən ərzaqda vitamin olmur. 45-50 dərəcədən sonra vitaminlər parçalanır və mikroelementlər qalır. Qarabaşağı qaynanmış soyuq suda isladıb yeyirəm. Göyərtidən çox istifadə edirəm. Məsələn, ət ən çətin həzm olunan qidadır, xüsusən də nəyləsə qarışanda. Düyü ən rahat həzm oluna qidadır, amma aş-qara ilə yeyəndə saatlarla həzm olunmur. Vyetmnamlılar, koreyalılar düyü ilə qidalandıqlarına görə çox gənc görünürlər. Düyü bədəndəki çöküntüləri təmizləyir.

- Artıq 65 yaşınız var. Cəldliyiniz itib?

- Daha da güclənib.

- Bu yay istirahət eləmisiniz?

- Burdakı imtahana görə Amerikadan tez gəlmişəm, yenidən qayıdacağam. Orda xüsusi təyinatlılara və polislərə təlim keçirəm.

- Hansı ştatda?

- Çox ştatlarda olub, axırıncı dəfə Çikaqoda təlim keçdim.

- Xaricdə olanda sizi koreyalılara, yaponlara oxşadırlar?

- Sizə bir əhvalat danışım. Sonuncu sivilizasiya türkdən yaranıb. Finlandiyada taekvando üzrə Avropa çempionatı idi. O vaxt Taekvando Federesiyasının prezidenti idim. Avropa Taekvando Birliyini vitse-prezidenti mənə dedi ki, “sən bizə oxşayırsan”. Dedim ki, “Koreyanın tarixi hardan başlayır?” Dedi ki, “Altay Uraldan”. Dedim “orda kim yaşayıb?”, dedi “Türklər”. Dedim ki, “indi gör kim-kimə oxşayır?”




İntiqam VALEHOĞLU

 Foto: Elçin MURAD


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aqşin
02.08.2013, 22:01

Bryus Li haqqında mən də keçən dəfə yazmışdım ki çinlilər onu sevmir səbəblərində də demişdim. Amma Süleyman müəllimin dedikləri ilə tam razılaşmıram. Bryus Li əfsanədir öz hərəkətləri, baxışları, döyüş taktikası mükəmməldir. Bryus Li haqqında xoş olmayan bu cür fakta söykənməyən fikirlər səsləndirmək düzgün deyil.

Mirzə
02.08.2013, 23:21

Koreyalıların altaydan gələmə məsələsi....mən Tokioda olanda yaponlar bizə öz tairxlərindən film göstərirdilər və filmdə qeyd edilirdi ki, onların əcdadları sibir və Altay türkləri ilə eynidir və yaponlar Yaponiyaya Altaydan gəlibkər.

Hikmet
03.08.2013, 01:23

Müəllimin müsahibəsinə öldüm gülməkdən. Doğurdan mı, bu adam onun-bunun dediyinə inanır? Jackie Chanın Brüs li haqqında bir sənədli filmlərdə dediklərini izləməyib mi? Qəzəbli yumruq filmində onun assistenti olub. Necə onu sevməyə bilər. Brüs li youtube-dakı fəlsəfi müsahibəsinə baxsın sonra öz müsahibəsi ilə müqayisə etsin.

Shamsi
03.08.2013, 01:45

Süelyaman məllim böyük ustaddir adını esitmişəm hətta videolarında da güclü hərəkətlər edir. Ama Brüs Li haqda dedikləri bir az yanlışdır. Brüs Li ötən əsrdə döyüş filmlərini ekrana gətirdi. O zamanın bir çox ustaları var idiki filmlərdə ştrak etmişdilər ama Brüs Li qədər bu sənəti film vasitəsi ilə yaya bilməyiblər. Brüs Linin dəfələrlə içkili vəziyyətdə olduğunu bilirdim. Ama döyüş texnikasıda super olub.

NAILE
03.08.2013, 08:03

suleyman muellime ewq olsun.niye mehz sohbeti brus li den acirsiz o boyda senetkar qrand masder bizlere verdiyi faydali meslehetlerden niyye daniwmirsiz 8 saniyye erzinde gorsedtiyi el hereketlerini nye qiymetlendirmirsiniz .halal olsun usdad biz gencler sizin kimi muellimlerden oyrenesi cox weyler var.

Farid
03.08.2013, 17:46

Suleyman Mammadli boyuk ustaddir!!!Amma Brus Li hamidan boyuk ustad olub !!!

Zaman
03.08.2013, 20:53

Brus Li özünü sübut etmiş idmançı-aktyor olub.İndi onun haqqında hər hansı bir mənfi fikir bildirmək düzgün deyil.İslam əxlaqı da ölmüş şəxslər haqqında danişmağı qeybət adlandıraraq qadağan edir.

Aqşin
03.08.2013, 22:02

Hələ mən Ving Çun haqqında dediklərini təzə oxumuşam. Başdan ayağa bu idmanı təhqir edib. Birincisi ving çun da ayaq hərəkətləri var sadəcə olaraq qısa təpiklərdir. ancaq başa və ya orta nahiyələrə da təpiklər vurulur. Mən inanıram ki, Süleyman müəllim özü də bunu bilir amma Bryus Li yə olan qərəzindən ving çunu da atıb ortaya və düzgün olmayan qəsdən məlumatlar verib. Süleyman müəllim özü də bilir ki, ving çun ən güclü və öldürücü zərbələrə malik idmandır və Kung Funun bir qoludur. Bir kung fu ustası kimi onun bu dedikləri əslində kung fu ya təhqirdir.

04.08.2013, 00:35

Hörmətli modern.az. Oxucunu belə yalançı başlıqla aldatymaq olmaz.

06.08.2013, 18:20

Tamamilə haqlısınız, bu cür yalançı başlıq oxucu üçün çox böyük hörmətsizlikdir.

elcin
12.11.2013, 07:54

bruce lee haqqinda verilen melumatdar sehvdir.eger bruce lee idmanlarda deyiwiklik edib tehqir edirdise sizin bu sozleriniz kung fu ve boyuk ustad bruce leeni tehqir edir. Siz bruce lee kimi olun sonra onu pisleyersiniz... BRUCE LEE ni hami sevir

ilqar
04.02.2014, 23:58

Brùs Le haqqinda dedikleri niye sizi bu qeder narahat eliyir bilmirem.Yalniz onu bilirem ki, Sùleyman múellim cox deyerli bir insandir.vetenimizin fexridir.

Aqil Ehedli
25.01.2015, 16:05

Hörmetli hemvetenlilerim bir ustanin bu qeder titulu ola bilmez, hörmet namine baqishlaya bilerler lakin bir insan ömrü catmaz buna . Gelin bir az real mentiqle düshünek. Azdan çoxdan menimde melumatim az deyil. Bu yaxinlarda vin cun ûzre dünya shöhretli qrand master Samuel Kvok Bakimiza seminara gelmishdi. Cox gözel kecdi . Bu haqda genish melumat ala bilersiniz. Men ondan bir cox musahibeler aldim. Suleyman muellimimiz haqda danishdim ona cox maraqli oldu. Lakin titullari haqda danishanda gözleri bereldi ve dedi " ooo yeqin o planetin en uzun ömürlüsüdür ! " Yox dedim 60 70 yash araliqindadir dedim. Qeh-qehe cekib dedi ele bildim 200 yaxin yashi var ?! Brüs li haqda Suleyman muellimin dediklerimi ona dedikde ise gülüb bashimi tumarladi dedi " oqlum besdir güldürdün . Yeqin o Suleyman muellim cox zarafatcil insandir. Ona agah edinki o tekce Çinin yox bütün dünya sherq elbeyaxa döyüsh növlerinin fexridir. Bizler ona çox sheylere göre borcluyuq. Men de düzü ona dediyim son suallarimdan cox utandim. Eslinde mende deqiq melumat var idi ki bütün bunlar cefengiyyatdir. Sadece maraqli idi bu yalanin üstünü açmaq. Yalan ayaq acar yerimez adami hörmetden salar Suleyman muellim. Siz bizim aq saqqalimizsiz size yarashmaz bele sheyler. Fakt odur ki siz bize karate ve taekvandonu getiren ilk ustadlardan birisiz ve bizim bu yolda yol gösterenimiz mudrikimiz numunemiz olmalisiz. Qalmaqal yaratmaq Eli Mireliyev kimi gülünc mügenniye yarashir. Ne ise saq olun Allahla olun heqiqete yaxin olun.

29.04.2015, 04:35

halaldir yoldawlar

Talib
01.07.2015, 21:55

Bu insanin Bruce Lee haqqinda dediklerine men pis baxiram, men inanmiram bu insan burusliye tepik vura biler deye, olmus getmis insanin arxasinca bele yalanlar danismaq lazim deyil, yada paxilliq etmek lazim deyil, Bruce Lee ni butun dunya taniyir, amma sizi berke bir azerbaycan taniyir, ne ise

Tony JA-Tebriz
06.07.2015, 22:10

Bruce lee ustad olub ,bunlar ona gore beyenmir onu,o hec kimle muqayise olunmazdi ..o bir efsane idi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Azərbaycan millisindən daha bir qol: 2:-0 - YENİLƏNİR
17.11.2018, 21:30

Azərbaycan millisindən daha bir qol: 2:-0 - YENİLƏNİR

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi
17.11.2018, 13:12

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ
17.11.2018, 13:03

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI
17.11.2018, 12:44

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur
17.11.2018, 12:31

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur

Tramp Heylini vitse-prezident postuna gətirir?
17.11.2018, 12:26

Tramp Heylini vitse-prezident postuna gətirir?

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR
17.11.2018, 12:14

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi
17.11.2018, 12:09

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Sumqayıtda avtomobil oğruları yaxalandı
17.11.2018, 12:03

Sumqayıtda avtomobil oğruları yaxalandı

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev
17.11.2018, 11:54

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi
17.11.2018, 11:45

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi

ARXİV