13 noyabr 2018, Çərşənbə
Ana Səhifə - ƏDƏBİYYAT - “Müəllif millətçidir, Sovet vaxtında bunu güllələmək lazım idi”
“Müəllif millətçidir, Sovet vaxtında bunu güllələmək lazım idi”
25.03.2014, 11:10

AMEA Fəlsəfə, Sosiologiya  Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, dosent 

«Deyir ki, türk xalqının adı qaytarılmalıdır... Azərbaycan dili türk dili yazılmalıdır»

Bu yaxınlarda «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiyam çap olundu. Bu kitabın yazılmasından çox problemlemlər kitabın AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsində müzakirələr zamanı yaşandı. Əvvəlcə, şöbədə kitabin müzakirəyə çıxarılması belə çox yubadıldı. Təxminən bir ildən də çox sonra kitab şöbədə müzakirə olundu. Bu azmış kimi, ilk müzakirədə (1 fevral 2013-cü il) məlum oldu ki, bəzi əməkdaşların müəllifə əsas iradları kitabın türkçülük ruhunda yazılması ilə bağlıdır. Əslində kitabın şöbədə müzakirəsinin yubadılmasında kitabın türkçülük ruhunda yazılması mühüm rol oynamışdır. Çünki kitabın ilk hissəsinin müzakirəsi zamanı da bəzi şöbə əməkdaşları türkçülük məsələlərinə irad tutmuşdular. Sadəcə, monoqrafiyanın I hissəsi əsasən 20-ci əsrə qədərki dövrə həsr edildiyi üçün kitabın institutun xətti ilə çapına qərar verilmişdi. Hər halda, monoqrafiyanın I hissəsinin institutun Elmi Şurasının qərarı ilə çapı, xeyli əngəllərdən sonra gerçəkləşmişdi. Bu səbəbdəndir ki, monoqrafiyanın türkçülük ruhunu həzm edə bilməyənlər kitabın I hissəsi çap olunduqdan sonra, onun II hissəsinin müzakirəsinə və institutun xətti ilə çapına əngəl olmuşlar. Monoqrafiyanın II hissəsi ətrafında baş verən prosseslərin ümüimi mahiyyəti kitabin “Müəllifdən” adlı bölümündə öz əksinin tapmışdır. Kitab azsayla nəşr olunduğu üçün monoqrafiyada getmiş həmin bölümü olduğu kimi geniş oxucu kütləsinə çatdırmağı lazım bildik.....

MÜƏLLİFDƏN

«Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» adlı monoqrafiyanın I hissəsi 2011-ci ildə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Elmi Şurasının (20 aprel 2011-ci il, 4 saylı protokol) və həmin institutun «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin (7 fevral 2011-ci il, 2 saylı protokol) qərarları ilə çap olunmuşdur.

2013-cü ildə həmin kitabın II hissəsi «Fəlsəfə və ictimai fikir tarix» şöbəsində iki dəfə müzakirə olunmuşdur. İlk iclasda (1 fevral 2013-cü il tarixli 1 saylı protokol) müəllifə mono-qrafiya ilə bağlı şöbənin əməkdaşları tərəfindən bir sıra iradlar qeyd edilmiş, növbəti müzakirəyə qədər bunları aradan qaldırmaq, yaxud da razılaşmadığı iradları elmi sübutlarla əsaslandırmaq tövsiyə olunmuşdur. Şöbənin bəzi əməkdaşlarının iradı əsasən kitabın türkçülük ruhunda yazılması ilə bağlı olmuşdur. Məsələn, əməkdaşlardan biri «XX yüzilliyin başlanğıcında (1900-1920-ci illər) Azərbaycan türk ictimai-fəlsəfi fikrində milli ideologiya problemi» adlanan I fəsildən “türk” sözünün çıxarılmasını təklif etmişdir. Ümumilikdə, şöbənin bəzi əməkdaşları müəllifin əsərdə “Azərbaycan türk filosofu”, “Azərbaycan türk ideologiyası”, “Azərbaycan türk milləti”, “Azərbaycan türk dövləti”, “Azərbaycan Türk dili” və s. bu kimi söz birləşmələrində “türk” sözünün işlədilməsini məqbul saymamışlar.

Kitabın ikinci müzakirəsində (23 sentyabr 2013-cü il tarixli 7 saylı protokol) də başda şöbə müdiri Arzu Hacıyeva olmaqla bəzi əməkdaşların əsas tənqid hədəfi yenə də müəllifin türkçülük ideyası ilə bağlı olmuşdur. Bu mənada, monoqrafiyanın ikincı müzakirəsində müəllifin bir sıra iradları aradan qaldırmasına, eyni zamanda, razılaşmadığı iradları tutarlı arqumentlərlə əsaslandırmasına baxmayaraq, «Fəlsəfə və ictimai fikir tarix» şöbəsinin adından aşağıdakı qərar qəbul edilmişdir: «Şöbə əməkdaşlarının müxtəlif səciyyəli tənqidi qeydləri nəzərə alınaraq F.Ələkbərovun «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı mono-qrafiyasının dövlət vəsaiti hesabına çapı məsləhət görülmür».

Birincisi, kitabın 23 sentyabr 2013-cü il tarixli müzakirəsində 20 nəfər şöbə əməkdaşlarından 12-si iştirak etmiş (müəllif də daxil olmaqla), onlardan yalnız səkkizi mono-qrafiyaya münasibətini bildirmişdir. Həmin 8 nəfərdən 2-si monoqrafiyanın institut xətti ilə çapının əleyhinə, beşi müəyyən və ya əsaslı düzəlişlərdən sonra institutun xətti ilə çapının lehinə

olmuş, bir nəfər isə bitərəf qalmışdır (bunu sübut edən dəlillər var). İkincisi, qərarda ümumi şəkildə qeyd edilən «müxtəlif səciyyəli ciddi tənqidi qeydlər» açıq şəkildə öz əksini tapmamışdır. Yəni bu qərardan bəlli olmamışdır ki, «müxtəlif səciyyəli ciddi tənqidi qeydlər» deyildikə konkret nələr nəzərdə tutulur? Halbuki qərar verilən zaman bütün bunlar hökmən nəzərə alınmalı və orada öz əksini tapmalı idi. Əgər söhbət yuxarıdakı razılaşmadığımız iradlardan gedirsə, həmin iclasda bütün bunlara aydınlıq gətirilmişdir. Üçüncüsü, müəllifin dəfələrlə şöbə müdirinə müraciətinə baxmayaraq, kitab çapa gedən vaxta qədər protokolun məzmunu ilə tanış ola bilməmişdir. Hər dəfə müəllifə bildirilmişdir ki, protokol hələ hazır deyildir. Dördüncüsü, şöbənin adından verilən qərarın özü mahiyyət etibarilə hüquqi cəhətdən doğru deyildir. Belə ki, şöbə monoqrafiyanın ya çapına tövsiyə edə, ya da tövsiyə etməyə bilərdi. Çünki kitabın dövlət vəsaiti hesabına çap edilib-edilməməsi şöbənin səlahiyyətinə aid deyildir. Belə bir qərarı institutun Elmi Şurası verə bilərdi. Bu cür qərar isə o zaman verilir ki, institut kitabın Elmi Şuranın qərarı ilə çap olunmasına etiraz etmir, ancaq müəllifə dövlət vəsaiti ilə deyil, öz vəsaiti hesabına çapını məsləhət görür. Yəni, bu, ikinci dərəcəli məsələdir. Bu mənada, şöbənin qərarı hüquqi cəhətdən də yanlış olmuşdur.

Bütün bunlara baxmayaraq, «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiya müzakirə olunmaq üçün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasına təqdim olunmuşdur. İnstitutun Elmi Şurasının 3 fevral 2014-cü tarixli iclasında müəllifin həmin monoqrafiyasının müzakirəsi zamanı bildirilmişdir ki, «Fəlsəfə və ictimai fikir tarix» şöbəsində kitabla bağlı müzakirəyə münasibət birmənalı olmayıb. Məlum qərar Elmi Şura üzvlərinin nəzərinə çatdırıldıqdan sonra həmin şöbənin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevaya bu məsələyə aydınlıq gətirməsi üçün söz verilmişdir. A.Hacıyeva şöbənin məlum qərarı verməsinə səbəb kimi təxminən aşağıdakıları demişdir: “Yenilik yoxdur. Eklektikdir. Metod yoxdur. Ədəbiyyat siyahısı düzgün tərtib edilməyib. Xarici ədəbiyyatın kitabın içində heç bir əksi yoxdur. Kitabın adında deyilmişdir dəyişikilik edilsin, çünki adı çox gurultuludur, böyük problem kimi qoyulub milli ideologiya məsələsi, amma içəridə yalnız və yalnız Azərbaycandan, Azərbaycan milli ideologiyasından söhbət gedir… Adı dəyişdirilməyib, elə əvvəlki kimi qalıb. ...Əsərin müəyyən yerlərində lazım olmadan tarixilik çox olsa da, müəyyən yerində isə metodoloji baxımdan tarixilik yoxdur. Faiq müəllim sovet ideologiyasını pisləyir, amma özü o standartlarla, ehkamlarla çıxış edir. Məsələn, mütəfəkkirlərimizi sosial-demokrat, islamçılıq, mədəni islamçılıq, mühafizəkar islamçılıq, mütərəqqi islamçılıq şəklində qruplaşdırır. Əvvəlla hər bir mütəfəkkirin ideyaları çox dəyişilir. Əvvəl bir ideyada idi, sonra tamamilə başqa ideyanı seçir. Onları hansısa yalnız bir cərəyana aid etmək, bu formada vermək olmaz.... ...Hüseyn Cavidə, Əli bəy Hüseynzadəyə, N.Nərimanova birtərəfli yanaşmalar var. Burada bütün tədqiqatçıların hamısı tənqid olunur. Çox az adamı çıxmaq şərti ilə burada tənqid olunmayan adam qalmayıb. Məsələn, bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Deyir, iki yanaşma var: 1-ci azərbaycançılıqdan çıxış edənlərin tərəfdarlarını göstərir – Ə.Daşdəmirov, S.Xəlilov, R.Mehdiyev və b. 2-ci azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edənlər –Ə.Tağıyev, Y.Türkel və b. Sonra nəticə çıxarır ki, bizdə belə bir fikirlərin olmasının səbəbi ondandır ki, biz sovet ideologiyasının təsirindən kənara çıxa bilməmişik. 20 ildir bizdə azad fikir, müstəqil fikir qabiliyyətimiz yoxdur. Axı burda insanlar çalışıblar, tədqiqat aparıblar... Bu cür demək olmaz ki, heç kəs azad fikirləşə bilməyib, Faiq müəllimdən başqa. Sonra müəllif Zümrüd xanımı tənqid edir, türkçülüklə əlaqədar.... Faiq müəllim deyir ki, Azərbaycan xalqının yaranmasında talışlar, qafqazdillilər və türklər bir yerdə iştirak etməyiblər.... Buradan yalnız türk oğlu türk çıxıb... İndi baxırıq ki, nə qədər qarışıqlar var... Deyir ki, Azərbaycan türkçülüyü azərbaycançılıqdır. Mən bunu başa düşə bilmirəm... Deyir ki, türk xalqının adı qaytarılmalıdır. Konstitusiyada dəyişiklik edilməlidir. Azərbaycan dili türk dili yazılmalıdır, Azərbaycan xalqı türk xalqı yazılmalıdır. Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında heç bir fərq yoxdur, hətta dillərində də elə bir fərq yoxdur. Faiq müəllim yazılarında da türk sözlərini çox işlədib... Ulu öndər deyəndə ki, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam” nə isə bilirdi deyirdi. Deyərdi ki, mən azərbaycanlı deyiləm, mən türkəm... Türkiyə ilə nə qədər yaxın olsaq da, amma tarix boyu nə qədər toqquşmalarımız olub. Bunların hamısını mən sadalamayım, bunları yəqin Faiq müəllim özü də

çox yaxşı bilir. Bu mənada, biz qərarda yazdıq ki, bəlkə orada düzgün ifadə etməmişik, yəni bu kitab dövlətin xətti ilə, dövlətin adı ilə, bizim institutun, şöbənin adı ilə çap oluna bilməz. Biri var ki, bu ideyanı institutun adınla, dövlətin adı ilə verəsən, onda qıcıqlanma daha çox ola bilər. Biri də var ki, gedib özü müstəqil şəkildə kitabını çap etdirsin. Biz bu qədər danışandan sonra, Faiq müəllimi iki iclasda inandırmağa çalışdıqdan sonra yenə həmin fikrində qalır. Bu onun hüququdur, özü çap edə bilər. Əslində heç bir yenilik yoxdur, bu ideyaların hamısı olub. Təzə bir şey yoxdur. Bu mənada, müstəqil özü çap edə bilər”.

Elmi Şuranın üzvü, kitabın elmi redaktoru, fəlsəfə elmləri doktoru, prof. Əli Abasov isə Elmi Şuradakı çıxışında bildirmişdir ki, müəllif millətçidir, sovet vaxtında bunu güllələmək lazım idi. Amma bu gün millətçi olmaq bir mövqedir, müəllif də bu mövqedən çıxış edir. Onun fikrincə, bir çoxlarında bu cür konkret mövqe yoxdur, amma F.Ələkbərovun bu əsərində mövqe var, elm elə budur və onun əsərini mütləq çap etmək lazımdır: “Mən təklif edirəm ki, bu əsəri Elmi Şura qəbul etsin, Arzu xanımın sözü ilə bir yerdə çap etsin”.

İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, prof. İlham Məmmədzadənin isə kitabla bağlı iradlari təxminən aşağıdakılardan ibarət olmuşdur: Milli ideologiya problemi milli ideoloqların fikirləri ilə bağlıdır, yaxud da ideoloji proseslərlə bağlı, bu kitabda aydın deyildir. Yəni kitabda ideoloji proseslər öz əksini tapmamışdır... İşin adı “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış”dır, ancaq 21-ci əsrin əvvəli tarixi-fəlsəfi baxışdır ya yox, işdə bu dəqiq deyildir... Millət, milliyyət, kütlə, dövlət, xalq və s. anlayışlara münasibət bütövlükdə işdə yoxdur... İşdə əsas problem müəllif üçün nədir: biz Azərbaycan türkləriyik, ya azərbaycanlılarıq. Bu əsas problem deyil. Əsas problem odur ki, Azərbaycan dövləti müstəqil, suverendir və biz millət kimi bu dövlətin millətiyik, yaxud yox... Sovet dövrü ilə bağlı iki baxış var: müstəqillik-millilik, mərkəzçilik-beynəlmiləlçilik. Yaxud həmin fəsil özü adlanır: “SSRİ dövründə (1920-1991-ci illər) Azərbaycan milli ideologiyasının həlli yolları: milli və antimilli”. Müəllif 1920-1930-cu ilərdə Sovet Azərbaycanında milli məsələlərə çox yer ayırıb. Sonra yazır ki, Stalin dövründən başlayaraq antimilli olub. Ancaq 1956-cı ildə Azərbaycan dili dövlət dili kimi qəbul olunub. Bu çox böyük proses idi. Müəllif isə belə hesab edir ki, belə şey olmayıb. Deyə bilərik ki, Heydər Əliyev o dövrdə bugünkü Azərbaycanın bir çox milli işlərinin əsasını qoyub. Bunun hamısını görmək lazımdır... Yaxud 20-ci əsrin axırında Heydər Əliyev faktiki olaraq müstəqil Azərbaycan dövlətini və millətini yaradanlardandır. Heç olmasa belə fikir ola bilər... Açığı deyim burada Faiq Ələkbərov mütləq cavab verməlidir: müasir Avropada və dünyada faktiki olaraq dövləti olan xalq millətdir. Azərbaycan dövləti də Azərbaycan xalqının dövlətidir. Azərbacyan dili dövlət dilidir. Buna başqa cür yanaşmaq dövlətin qurumunda işləyəndə yaxşı çıxmaz…. Axı biz bilirik ki, 90-100 ildə müasirlik anlayışına münasibət dəyişib. Bu gün müasirlik deməklə, 20-ci əsrin əvvəllərində müasirlik demək fərqli şeylərdir. İndi müasirlik nə deməkdir? Misal üçün İlham Əliyevin modernləşmə siyasəti. Bunu kimsə inkar edə bilər, amma reallıqda o var…Aydındır ki, müasirlik bu gün bu proseslərlə bağlıdır. Bu suala cavab qətiyyən işdə yoxdur....”.

Bütün bunlarla yanaşı, İ.Məmmədzadənin yekun sözü ondan ibarət olmuşdur ki, kitaba münasibətdə müəyyən qədər bu günün praqmatizmi də var. Bu praqmatizmdən çıxış edən institutun direktoru İ.Məmmədzadənin kitabla bağlı qərarı belə olmuşdur: “Etiraz etmirəm çıxış etsin. Amma işə mən hesab edirəm ki, institutun qrifini vermərik. Öz aramızda. Etiraz etmirsiniz saxlayaq bu məsələ barədə bir də çıxış etsin, bəlkə də biz müəyyən qədər nə isə görmədik o, əsaslandıracaq”.

Daha sonra Elmi Şuranın üzvləri qarşısında çıxış edən monoqrafiyanın müəllifi bildirmişdir ki, bu kitabı nə özü üçün, nə də institutun Elmi Şurasının qərarı ilə çap olunması üçün yazmayıb: “Mən öz mövqeyimi cəmiyyətə təqdim etmək üçün yazıram. Mən burada yazdığım hər bir cümlənin məsuliyyətini daşıyıram”. Eyni zamanda, müəllif şöbə əməkdaşlarının kitabla bağlı yuxarıda qeyd etdiyimiz münasibətlərini, protokolla bu günə qədər tanış ola bilməməsini Elmi Şura üzvlərinin nəzərinə çatdırdıqdan sonra monoqrafiyanın mahiyyəti ilə bağlı demişdir: “Mən hesab edirəm ki, 20-ci əsrin əvvəllərində, yəni Cümhuriyyətə qədər, Cümhuriyyət dövründə və Cümhuriyyətdən təxminən 10 il sonraya qədər, vaxtilə 19-cu əsrin

əvvəllərində parçalanmış Azərbaycanda yeni bir şüur formalaşdı. Bu şüurun təməl daşında türkçülük dayanır. Burda türkçülük dedikdə söhbət yalnız genetik soydan getmir. Mən burada da türkçülükdən danışanda, təkcə mən yox, rəhmətlik Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu türkçülüyü qanla, soyla bağlamayıblar, şüurla bağlayıblar. Türkləşmək, islamlaşmaq dedikdə, şüur məsələsini nəzərdə tutublar. Sovet dövründə bizim şüurumuza yeridiblər ki, türkləşmək, islamlaşmaq dedikdə, guya azsaylı etnosları türkləşdirmək nəzərdə tutulub. Elə bir şey yoxdur. Onların dövründə belə şeylər olmayıb. Nəyi demək istəyirəm? Axı indi yanlış anlaşılır ki, guya mən azərbaycanlılığın əleyhinəyəm. Qətiyyən. Azərbaycanlılıq əsasən türk olan, ancaq digər etnikləri də özündə birləşdirən və etniklərə heç bir ayrımçılıq etməyən, yəni siyasətdə, dövlət qulluğunda etməyən bir şüurdur. Türklüyü vaxtilə kürd də qəbil edirdi. O mənada qəbul etmirdi ki, bununla da türk olurdu. Sadəcə, dövlətin, əhalinin aparıcı etnosu olması bir faktdır, reallıqdır. Üçrəngli Azərbaycan bayrağının birinci rənginin mavi olması hamını türk etmək deyildir. Sadəcə, bu bölgədə yaşayan insanları vahid dövlət halında birləşdirməkdir. Mən o cürə işləmişəm. Əli bəy Hüseynzadəni, Məhəmməd Əmin Rəsulzadəni də o cürə qəbul edirəm. Ancaq mən hesab edirəm ki, Sovet dövründə, xüsusulə 1930-cu illərdən conra o birləşdirici amillər tamam başqa yerə, əks istiqamətə yozuldu. Xüsusilə, milli aydınlarımızı, bizim düşünən beyinlərimizi məhv etdikdən sonra bu baş verdi. Təkcə cismi yox, mənəvi cəhətdən o aydınlarımızı ya məhv etdilər, ya da fikirlərini dəyişdirməyə məcbur etdilər. Ondan sonra türkləşməyə, islamlaşmağa Sovet-Rus ideoloqlarının baxışları ilə yanaşılmağa başlandı. İslamlaşmaq olmaz, türkləşmək hamını məhv etməkdir, mürtəcedir – panislamizmdir, pantürk-izmdir. Mənim demək istədiyim odur ki, mən qismən, sizin əksəriyyətiniz isə əsasən Sövet dövründə yaşamısınız. O ideologiyanın, o təhsilin içindən keçmisiniz. Bir çoxlarınızın da mənə qarşı, mənə qarşı deyəndə bu fikirlərimə qarşı olmağınızı da normal qarşılayıram. Mənim məqsədim budur ki, biz nə istəyirik? Biz əlbəttə, sovet dövründəkindən imtina etmədən, amma Cümhuriyyət dövründən başımızın üzərində dalğalanan üçrəngli bayrağın mənəvi mahiyyətini dərk etməliyik. Yəni bu quru şüarçılıqla, populizmlə və sairlə bağlı olmamalıdır. Mənim əsas istəyim budur. Biz 70 il ərzində bizim şüurlarımıza yeridilən azərbaycançılıq anlayışının da (hansı ki, o dövrdəki azərbaycançılıq anlayışı ilə bağlı müəyyən mənada istisnalar ola bilər), mahiyyətini dərk etməliyik. Yeri gəlmişkən, bu zaman Heydər Əliyevə də, başqalarına da toxunmuşam... Mən nəyi demək istəyirəm, İlham müəllim! Bu mənim yanaşmamdır, bu mənim mövqeyimdir. Mən hesab edirəm ki, 70 illik Sovet imperiyasından sonra, indiki 20 il ərzində bizim şüurumuz yenə də daha çox sovet təfəkkürünə əsaslanır. Bu təbiidir. Çünki hətta, biz yaş baxımından 1920-1930-cu illərin nəsli deyilik. Yəni ən azı bir nəsil sovet dövrünün nəslidir. O insanların 1950-ci illərdə artıq əsasən, şüurlarını dəyişdirdilər. Məsələn, İslam dininə münasibətdə qurbanlıq bayramı mənfidir və s....”.

Bu zaman müəllifin sözü yarımçıq kəsilmış, bundan istifadə edən Elmi Şura üzvü, fəlsəfə elmləri doktoru Adil Əsədov bildirmişdir ki, bu məsələlərə münasibətdə əvvəllərlə müqayisədə F.Ələkbərovun fikirləri xoşuna gəlməyə başlayıb. Onun fikrincə, ancaq müəllifin deməsi ki, Azərbaycanda əsas kütlə türklərdir, doğru deyildir: “Azərbaycanın əsas kütləsi azərbaycanlılardır, Azərbaycanın vətəndaşlarıdır. Başqa cür ola bilməz. Bu dövləti də quranlar, Azərbaycan Cümhuriyyətini də quranlar, buradakı bütün Azərbaycan xalqı iştirak edib. Həm-çinin, Azərbaycanı qoruyanda da hamı bir yerdə iştirak edib, Azərbaycan uğrunda şəhid olublar. Bu bizim xalq, bu Azərbaycan xalqıdır. Bu bizim dövlətdir, azərbaycanlı dövlətidir. Başqa heç bir türkün, heç bir başqasının dövləti deyildir”.

Müəllif isə A.Əsədovun xüsuslə, son sözünə, yəni Azərbaycanın türkün dövləti olmaması fikrinə etiraz olaraq demişdir: “Azərbaycan dövləti ilk növbədə, türklük üzərində qurulub. O türklük Sovet dövründə mənfi yerə yozulmuşdur ki, guya hansısa etnikləri assimilyasiya etmək deməkdir. Əksinə, Cümhuriyyət dövründə qeyri-türk etniklərə daha çox şərait yaratmışdılar. Ancaq Sovet dövründə nə etdilər? Ən çox özünü türk kimi dərk edənlər assimilyasiya oldular. Bu fərqli, başqa şeylərdir. Bu gün də Azərbaycanın əsas kütləsi türklərdir...”.

Müəllif son olaraq onu da xatırlatmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə XXI əsrin Türk əsri olacağını bəyan etmişdir. Bu

monoqrafiyanın da əsas mahiyyətini dövlət başçısının irəli sürdüyü bu amal, bu prinsip təşkil edir.

Bütün bunlara baxmayaraq İnstitutun Elmi Şurasının 3 fevral 2014-cü il tarixli iclasında «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiyanın müzakirəsindən bir neçə gün sonra sonra müəllifə həmin iclasın 3 saylı protokolundan aşağıdakı “Çıxarış” təqdim olunmuş və həmin “Çıxarış”ın qərar hissəsində yazılmışdır: «f.ü.f.d. Ələkbərov Faiq Qəzənfər oğlunun «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiyasında bir sıra ziddiyyətli məqamlar olduğuna görə müəllifə elmi seminarda çıxış etmək və iradlara aydınlıq gətirmək tövsiyə edilsin».

Ancaq institutun Elmi Şurasının həmin qərarına əsasən müəllifin dəfələrlə İnstitut rəhbərliyinə müraciətlərinə baxmayaraq elmi seminar təşkil edilməmiş, bunun əvəzində ona başqa bir seminarda həmin məsələ ilə bağlı 10-15 dəqiqəlik çıxış etmək məsləhət görülmüşdür. Müəllif bununla razılaşmayanda və ayrıca elmi seminarın təşkil edilməsini tələb etdikdə institutun direktoru İlham Məmmədzadə bildirmişdir ki, əslində Elmi Şuranın 3 fevral 2014-cü il tarixli iclasında o, monoqrafiyanın institutun xətti ilə nəşrinə “yox” demişdir. Bu mənada, mövcud “Çıxarış”ın qərarında qeyd olunması ki, “monoqrafiyada bir sıra ziddiyyətli məqamlar olduğuna görə müəllifə elmi seminarda çıxış etmək və iradlara aydınlıq gətirmək tövsiyə edilsin”, bunun Elmi Şuranın kitabın institutun xətti ilə nəşr olunmaması qərarına aidiyyəti yoxdur və həmin qərar dəyişilməyəcəkdir. Direktor qeyd etmişdir ki, bu baxımdan müəllifə təqdim edilən “Çıxarış” da Elmi Şuranın qərarı öz əksini doğru tapmamışdır. Həmin yanlışlıq yaxın günlərdə düzəldiləcək, yəni Elmi Şuranın kitabın institutun adından nəşrinə razı olmadığı ilə bağlı müəllifə yeni “Çıxarış” veriləcəkdir. Doğrudan da, bir neşə gün sonra müəllifə yeni “Çıxarış” təqdim olunmuş və orada yazılmışdır: “f.ü.f.d. Ələkbərov Faiq Qəzənfər oğlunun «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» (II hissə) adlı monoqrafiyasında bir sıra ziddiyyətli məqamlar olduğuna görə çapa məsləhət görülməsin”.

Bununla da, Elmi Şura adından İ.Məmmədzadə «Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış» adlı kitabın II hissəsinin institutun xətti ilə nəşr olunmasının birmənalı əleyhinə olduğunu ifadə etmişdir. Fikrimizcə, həm şöbə adından A.Hacıyevanın, həm də institutun Elmi Şurasının adından İ.Məmmədzadənin bu cür qərarlar qəbul etməsinə əsas səbəb monoqrafiyanın türkçülük ruhunda yazılması olmuşdur. Bütün bunlardan sonra müəllif adı çəkilən kitabının II hissəsini İnstitutun Elmi Şurasının qərarı olmadan çap etdirmək məcburiyyətində qalmışdır.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb
13.11.2018, 11:17

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi biznesmen Ukraynada saxlanılıb

Şükranlıq, yaxud boz küçüyün taleyi  
13.11.2018, 11:01

Şükranlıq, yaxud boz küçüyün taleyi  

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı
13.11.2018, 10:58

“Mədəniyyət.az” jurnalının növbəti sayı çıxdı

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır
13.11.2018, 10:54

Lənkəranda çılpaq ilbizlərlə mübarizə aparılır

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı
13.11.2018, 10:50

Ermənistan büdcəsinin gəlir və xərcləri açıqlandı

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ
13.11.2018, 10:47

“Azərişıq” qış mövsümü ilə bağlı vəd VERDİ

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı
13.11.2018, 10:42

Gömrükdən gizlədilən 61 telefon aşkarlandı

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb
13.11.2018, 10:39

Ötən gün Azərbaycan yollarında 2 nəfər ölüb

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA
13.11.2018, 10:37

Azərbaycan İsveç, Norveç və Finlandiyaya yeni səfir göndərəcək? - XİN-dən yeni AÇIQLAMA

ATƏT sabah cəbhə xəttinə gedəcək
13.11.2018, 10:34

ATƏT sabah cəbhə xəttinə gedəcək

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR
13.11.2018, 10:21

Məcburi köçkünlərin binasında yanğın - FOTOLAR

Neft 69 dollardan ucuz satılır
13.11.2018, 10:17

Neft 69 dollardan ucuz satılır

200-dən çox şəxsə mal və materiallar verilib
13.11.2018, 10:09

200-dən çox şəxsə mal və materiallar verilib

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018, 10:09

BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub

Hökumət kartof istehsalçılarını necə xilas etdi...   
13.11.2018, 10:03

Hökumət kartof istehsalçılarını necə xilas etdi...  

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü
13.11.2018, 09:55

Ağcabədidə  74 yaşlı qadın evində yanaraq öldü

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
13.11.2018, 09:47

Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib
13.11.2018, 09:39

“Bakcell”in dəstəyilə keçirilmiş M.A.P. Festivalı unudulmaz təəssüratlar bəxş edib

Salyanda ağır qəza: Ölən və yaralananlar var
13.11.2018, 09:36

Salyanda ağır qəza: Ölən və yaralananlar var

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar
13.11.2018, 09:29

Ermənilər mövqelərimizə pulemyotlardan atəş açdılar

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ
13.11.2018, 09:18

114 şəhidin vərəsəsinə ödəniş edildi - RƏSMİ

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib   
13.11.2018, 08:58

Xalq rəssamı Ömər Eldarova ağır itki üz verib  

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI   
13.11.2018, 08:46

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI  

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb
13.11.2018, 08:31

Dəhşətli meşə yanğınlarında  44 nəfər ölüb

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ
13.11.2018, 08:26

Manat və dollarun bugünkü MƏZƏNNƏSİ

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı
13.11.2018, 01:11

Tramp OPEK-i hasilatı azaltmamağa çağırdı

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı
13.11.2018, 00:53

Rusiyada terror aktı planlaşdıran İŞİD üzvləri saxlanıldı

Ukrayna ABŞ-la razılıq əldə etdi
13.11.2018, 00:31

Ukrayna ABŞ-la razılıq əldə etdi

Marvelin yaradıcısı öldü
13.11.2018, 00:15

Marvelin yaradıcısı öldü

Goranboyda ağır qəza
12.11.2018, 23:53

Goranboyda ağır qəza

Azərbaycan nefti ucuzlaşdı
12.11.2018, 23:36

Azərbaycan nefti ucuzlaşdı

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub
12.11.2018, 23:23

Vəzifəli şəxsin oğlu yeniyetmə qızı avtomobillə vurub

İsrail Qəzzaya raket zərbələri endirib
12.11.2018, 23:10

İsrail Qəzzaya raket zərbələri endirib

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO
12.11.2018, 22:55

Ukraynada polis rəisi olan azərbaycanlı xanım - FOTO

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü
12.11.2018, 22:41

Kəsdiyi ağac Kürdəmir sakinini öldürdü

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər
12.11.2018, 22:26

Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizəd ola bilər

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü
12.11.2018, 22:10

Kaliforniyadakı dəhşətli yanğında 31 nəfər öldü

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq
12.11.2018, 21:58

İranda bu estetik əməliyyatları edənlər cəzalandırılacaq

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı
12.11.2018, 21:43

Motosikletdən düşən bomba həyacanlı anlar yaşatdı

İcra başçısının sabiq müavininin evinə basqın oldu
12.11.2018, 21:30

İcra başçısının sabiq müavininin evinə basqın oldu

 Azərbaycana yeni qaz sayğacları gətirilib
12.11.2018, 21:16

 Azərbaycana yeni qaz sayğacları gətirilib

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı
12.11.2018, 21:02

Bərdədə 2 piyada vuruldu: 1 ölü, 1 yaralı

NATO-dan Türkiyə açıqlaması
12.11.2018, 20:50

NATO-dan Türkiyə açıqlaması

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir
12.11.2018, 20:37

ABŞ Gürcüstanın Vaziani hərbi bazası ərazisində aerodrom inşa edir

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi
12.11.2018, 20:26

Cəlilabadda 15 yaşlı yeniyetmə intihar etdi

Ermənistanda xaos dərinləşir
12.11.2018, 20:14

Ermənistanda xaos dərinləşir

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir
12.11.2018, 20:01

Rusiya miqrantlara qarşı siyasəti sərtləşdirir

Gəncədə partlamamış hərbi sursat tapıldı
12.11.2018, 20:00

Gəncədə partlamamış hərbi sursat tapıldı

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı
12.11.2018, 19:55

Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açıldı

Kartof oğrusu tutuldu 
12.11.2018, 19:49

Kartof oğrusu tutuldu 

ARXİV