14 noyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Müsavata gəlib-getmiş tanınmışlar - Onlar İsa Qəmbəri niyə tərk etdilər? - ARAŞDIRMA
Müsavata gəlib-getmiş tanınmışlar - Onlar İsa Qəmbəri niyə tərk etdilər? - ARAŞDIRMA
21.10.2014, 10:27


Modern.az saytı “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adı ilə araşdırma yazıların təqdimatını davam etdirir. Bu rubrikada üçüncü araşdırmamız Müsavat Partiyası ilə bağlıdır.

Ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli azadlıq hərəkatı zamanı yaranan Azərbaycan Xalq Cəbhəsinin müstəqilliyin yenidən elan olunmasında, eləcə də sonrakı siyasi proseslərdə müstəsna rolu olub. Bu mübarizə nəticəsində AXC 1992-ci ildə hakimiyyətə gəlib, təşkilatın lideri Əbülfəz Elçibəy prezident seçilib. 1993-cü il iyun hadisələrindən sonra AXC hakimiyyəti devrilib və Elçibəy Bakını tərk edərək, anadan olduğu Kələki kəndinə yollanıb. Bütün bunlar çox da uzaq tarix deyil və təbii ki, AXC-nin Azərbaycanın müstəqilliyinin yenidən bərpa olunmasındakı rolunu danmaq mümkün deyil.

Müsavatçılar uzun illərdir iddia edirdilər ki, onları bu partiyaya bağlayan ideologiyadır. Müsavat, həqiqətən uzun illərdir bu ideologiya ətrafında on minlərlə insanı birləşdirən bir partiya idi. Müsavat uzun illərdir həm də Azərbaycanın ən ciddi təşkilatlanmış, müsavatçı olduqlarına görə hər cür sınağa çəkilmələrinə baxmayaraq, əqidələrindən dönməyənlərin partiyası idi.


Müsavat 2014-cü il sentyabrın 27-də başqan dəyişikliyi ilə nəticələnən qurultaya qədər Azərbaycanın müasir tarixində bir ilkə də imza atmışdı. Qurultay başa çatana qədər bu partiyanın yetkililəri, hətta digər siyasi qüvvələr də etiraf edirdilər ki, rəhbər seçilmək uğrunda indiyədək heç bir təşkilatda buradakı qədər şəffaf, demokratik prosesə rast gəlinməyib. Qurultay başa çatan kimi məlum oldu ki, hər şey ayın 27-dən o tərəfdə qaldı. O gündən bəridir başqanlıq uğrunda mübarizədə iki iddialı rəqib, qurultayda başqan seçilən Arif Hacılı ilə Qubad İbadoğlu tərəfdarları arasında əsl “savaş” gedir. O gündən bəri hər iki tərəf bir-birini ittiham edir, vəziyyət elə həddə çatıb ki, bu iki qüvvənin dartışması partiyadan istefalara da rəvac verib. Bunu yazının girişində təsadüfən qeyd etmədik. Bunu həm də ona görə qeyd etdik ki, müsavatçıların da konkret ideologiya ətrafında birləşmədiyini xatırladaq.
Uzun illər Müsavata başqanlıq edən İsa Qəmbər nə qədər birləşdirici fiqur olsa da, onun gedişindən sonra məlum oldu ki, partiya daxilıində ciddi qruplaşmalar varmış. Bu problem əvvəllər də yaşanıb. Lakin bu il sentyabrın 27-dən sonra problem daha ciddi şəkildə üzə çıxdı və görünən odur ki, tərəflər bir-birinə güzəştə getmək niyyətində deyil. Odur ki, növbəti mərhələdə Müsavatda çoxsaylı istefaların baş verəcəyinə təminat yoxdur...

Bizim araşdırmamız isə Müsavatdan indiyədək ayrılıb gedənlərlə bağlıdır.

Müsavatda ilk ayrılanlar



Müsavatda ilk istefa verən tanınmışlardan biri AXC hakimiyyəti zamanı baş prokuror işləmiş  İxtiyar Şirindir. 1993-cü ilin iyun hadisələri zamanı prezident Əbülfəz Elçibəyin həbs olunması ilə bağlı sanksiyanı imzalayan İxtiyar Şirin əslində Müsavatın üzvü kimi özünü ciddi hədəf olmaqdan yayındıra bilirdi. Bir qədər sonra partiyadan istefa verdi. O vaxt bu istefanın səbəbi İstiyar Şirinə yeni hakimiyyətin ona hansısa vəzifə vədi verməsi ilə əlaqələndirilirdi. Lakin zaman keçdikcə məlum oldu ki, İstiyar Şirinə hətta bu vəd verilibsə belə, məqsəd onun Müsavatdan ayrılmasına nail olmaq üçün edilib.
İxtiyar Şirin sonradan daha bir tanınmış Müsavat üzvü Siracəddin Hacı ilə Milli Konqres Partiyası yaratsa da, ciddi siyasi təşkilat qura bilmədi. Qeyd edək ki, Siracəddin Hacı Müsavatın keçmiş başqanı İsa Qəmbərin hazırda Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərlə birlikdə 90-cı illərin əvvəllərində “Ana Torpaq” Partiyasını yaradanlardan biri olub. Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi və digər ziyalıların da qurulmasında iştirak etdiyi bu partiya sonradan Müsavatla birləşib.


AXC hakimiyyəti zamanı ARDNŞ-in prezidenti işləmiş Sabit Bağırov da Müsavatdan ilk ayrılanlar sırasındadır. Sabir Bağıriva 1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.

Müsavatdan ayrılan tanınmış professorlar

Müsavatdan ayrılanların sırasında Atatürk Mərkəzinin rəhbəri, deputat, filologiya elmləri doktoru, professor Nizami Cəfərovun olduğunu qeyd etmək lazımdır. İndi Azərbaycanda istər tanınmış ziyalıların, istərsə də adi vətəndaşların siyasi mənsubiyyəti müəyyən situasiyada hər kəs üçün problem yaradır. Digər tərəfdən, insanların obyektiv və subyektiv səbəblərdən bir partiyadan digərinə keçməsi əslində normal qarşılanmalıdır. Ancaq siyasi münasibətlərin sivil olmaması səbəbindən partiya mənsubiyyətini dəyişmək bəzən satqınlıq kimi də izah olunur. Bəziləri isə keçmişdə hansısa partiyanın üzvü olduqlarını tərcümeyi-haldan çıxarırlar. Nizami Cəfərovun Müsavatın üzvü olduğu isə hər kəsə bəllidir. O, 1993-cü ildə baş verən hakimiyyət dəyişikliyindən bir müddət sonra Müsavatdan istefa verərək YAP-a üzv olub.


Xəzər Universitetində hüquq və sosial elmlər fakültəsində dekan müavini işləyən professor Xaləddin İbrahimli isə Müsavat Partiyasından uzaqlaşdırılıb. Onun iddiasına görə, Müsavatdan uzaqlaşdırılmasına səbəb partiyanın kursunu qəbul etməməsi və buna etiraz etməsi olub. O, Müsavatdan gedəndən sonra AXCP-yə üzv olmuşdu. Buradan isə siyasi fəaliyyətinin elmi fəaliyyətinə mane olduğunu bəhanə edərək uzaqlaşıb.

Deputat mandatı alıb Müsavatdan “qovulanlar”


Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu 2000-ci ildə Müsavat Partiyasının üzvü kimi deputat seçilib. Sonradan seçkinin nəticələri ilə razılaşmayan Müsavat rəhbərliyi Səmədoğlunun mandatdan imtina etməməsi səbəbindən onu partiya üzvlüyündən uzaqlaşdırıb. O, 2005-ci ildə də ikinci dəfə deputat seçilib.

2000-ci il seçkilərindən sonra eyni aqibəti  98 saylı Şamaxı seçki dairəsindən majoritar sistem üzrə deputat seçilən Şirzad Əyyubov da yaşayıb. İkinci dəfə deputat seçilən Şirzad Əyyubov da mandatdan imtina etməməsi səbəbindən Müsavatdan çıxarılıb.


2005-ci parlament seçkilərində 95 saylı Tərtər seçki dairəsindən Müsavatın iki üzvü, Məclis üzvü Aynur Camalqızı və Milli Təhlükəısizlik Nazirliyinin keçmiş zabiti, Divan üzvü İlham İsmayıl namizədliklərini irəli sürmüşdülər. Müsavatın da o vaxt təmsil olunduğu “Azadlıq” Bloku İlham İsmayılın namizədliyini dəstəkləsə də, bu dairədən mandat Aynur Camalqızına qismət olmuşdu. Qeyd edək ki, seçkidən sonra Camalqızı Müsavat üzvü kimi Azərbaycanın Avropa Şurası Parlamant Assambleyasındakı nümayəndə heyətinin tərkibinə də daxil edilmişdi. Lakin o vaxt parlamentə seçilən digər müsavatçılar bununla razılaşmadılar, Aynur Camalqızının partiyadan uzaqlaşdırıldığı bildirildi. Beləliklə, deputat mandatı alaraq daha bir müsavatçı partiyadan getdi. Yeri gəlmişkən, Aynur Camalqızı 2010-cu il seçkilərində də namizədliyini həmin dairədən irəli sürsə də, sonradan seçkiyə qatılmaqdan imtina etdi.


Mandat aldırdan sonra Müsavatla yollarını ayıran digər partiya üzvü politoloq Rasim Musabəyovdur. O, 2010-cu il parlament seçkilərindən sonra partiya ilə yollarını ayırıb. Politoloq bundan əvvəl Ali Sovet sədrinin keçmiş müavini, Azərbaycanın hazırda Hinditanda səfiri olan Tamerlan Qarayevin sədrlik etdiyi “Doğru Yol” Partiyasının da əsas funksionerlərindən biri idi.

Seçki uğursuzluğu ilə başlayan istefalar


Müsavatdan istefaların kütləvi xarakter alması 2003-cü il prezident seçkilərindən sonraya təsadüf edib. Qeyd edək ki, Müsavat bərpa olunandan sonra partiyaya ölkənin ən tanınmış ziyalılar, öz ixtisaslarna görə tanınmış həkimlər və digər peşə sahibləri üzv olublar. 2003-cü il seçkisindəki məğlubiyyətdən sonra isə onların bir hissəsi patiyadan uzaqlaşıblar. Onların arasında Milli Məclisin deputatı, o vaxt Müsavat Divanının üzvü olan Musa Qasımlı da var.

Mehdi Mehdiyev 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında həkim-infeksionist vəzifəsində çalışır. 1995-2009-cu illərdə Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasında assistent kimi işləyib. Tibb üzrə fəlsəfə doktorudur. 2003-cü ildən sonra partiyadan uzaqlaşıb.

İstiqlalçı deputat Nurəddin Əhədov uzun illər Müsavatın  Nəsimi rayon təşkilatının sədri olub. Hazırda 5 saylı xəstəxanada işləyən Əhədov da 2003-cü il uğursuzluğundan sonra partiyadan uzaqlaşıb.


Mahmud Hacıyev
Müsavat Partiyasının qərargahının giriş qapısından “Yeni Müsavat” qəzeti aldığına görə daxili işlər orqanlarından uzaqlaşdırılımışdı. Sabiq polis rəisi sonradan Müsavata üzv olsa da, 2003-cü il prezident seçkilərindən bir qədər sonra partiyadan gedib. O, hazırda Elmi-Praktik Hüquq Mərkəzinin ekspertidir.

Müsavatın Yasamal rayon təşkilatının sədri Telman Nüsrətoğlu (2003-cü il seçkilərindən sonra həbs olunan Nüsrətoğlu dərhal partiyadan istefa verdiyini bəyan etmişdi, bu yaxınlarda isə bəyan edib ki, həbs olunmasında Altay Göyüşovun dostunun da rolu olub), tanınmış iqtisadçılar Azər Mehtiyev, Rövşən Ağayev, mərhum şair Əli Kərimin oğlu Orxan Kərimov, Bakı Dövlət Universitetinin müəllimləri Altay Göyüşov (o, partiyanın Din komissiyasının sədri olub), tarix elmləri namizədi Rəsul Hüseynli,  digər bir komissiya sədri Rauf Səlimbəyli (əslən Tovuz rayonundandır), uzun illər Ağdam rayon təşkilatının sədri, Divan üzvü Əsgər Əhməd, kimya elmləri doktoru Bəhmən Sultanlı (sonradan Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub, lakin buradan da qovulub), kənd təsərrüfatı nazirinin sabiq müavini Xalyəddin Xəlilov, Müsavat başqanının müşaviri Şirzad Məmmədli  (hazırda Mərkəzi Seçki Komissiyasında işləyən Şirzad Məmmədli əvvəllər “Yeni Müsavat” qəzetinin baş redaktorunun biurinci müavini, “Mərkəz” qəzetinin baş redaktoru da olub),  jurnalist Məğrur Əli Polad  müxtəlif zamanlarda partiyadan uzaqlaşıblar.
Müsavatdan sonralar istefa verənlərdən biri də “Turan” İnformasiya Agentliyinin və “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğludur.

MSK katibinin Müsavatdan qalmaqallı gedişi


Mərkəzi Seçki Komissiyasının müxalifətdən olan üzvləri müxtəlif illərdə keçirilən seçkilərin nəticələri ilə bağlı protokolları imzaladıqları səbəbindən üzvü olduqları partiyalardan gediblər. Məsələn, AMİP-in indki sədri Yusif Bağırzadə ADP üzvü kimi, Asif Mahmudov AXCP-nin nümayəndəsi kimi belə tale ilə üzləşiblər.
Müsavatdan seçki saxtakarlığına “hə” deməsi üstündə uzaqlaşan 2005-ci il seçkilərində MSK-nın katibi olmuş Vidadi Mahmudludur.  O, həmin il noyabr ayının 6-da keçirilən parlament seçkilərinin yekun protokollarının imzalanmasında və Konstitusiya Məhkəməsinə göndərilməsində, bunun müqabilində rüşvət almaqda ittiham olunurdu.  Lakin MSK-da təmənnasız fəaliyyət göstərdiyini iddia edən Vidadi Mahmudlu "Azadlıq" blokuna daxil olan partiyalar tərəfindən ünvanına səslənən kəskin ittihamları "məntiqsiz, hüquqi əsası olmayan" böhtanlar adlandırıb. Vidadi Mahmudlunun sözlərinə görə, bu partiyalardan biri Müsavatı "vurmaq", arxa plana keçirmək üçün qara yaxır, böhtan atır, Müsavat da bu adı üstündən götürmək üçün ona qarşı ittihamlar yağdırır. 

"Rauf Arifoğlu da, onun qardaşı da mənim yaşayış tərzimi yaxşı bilirlər, onlar hamısı məndən qat-qat yaxşı yaşayır. İndi öz siyasi məqsədləri naminə məni mübarizəyə təhrik edirlər. Mən bu seçkidə gördüm ki, bir çoxları yalnız özlərinin deputat olmasına çalışırlar. Arif Hacılı mənə deyirdi ki, mən deputat olmalıyam, bir gündə nə qədər telefonuma zəng vurur, nə qədər xahişlər edirdilər. Amma mən MSK katibiyəm, deputat seçmirəm. Mənim haqqımda tərifnamələr yazan Zamin Hacı indi qələmini döndərib şəfərsiz yazılar yazır. Təəssüf edirəm ki, belə jurnalistləri vaxtilə çox müdafiə etmişəm", - deyə Vidadi Mahmudlu o vaxt müsahibələrində birində bəyan edirdi...
Məsələyə münasibətini açıqlayan Müsavatın başqanı İsa Qəmbər isə o vaxt deyirdi ki, əgər Vidadi Mahmudlu yekun protokola imza atıbsa, deməli, o da dövləti cinayətin iştirakçısına çevrilib.

Yeri gəlmişkən, Müsavatdan gedən tanınmış  vəkillərdən biri də Məclis üzvü Mirismayıl Hadi olub. 2005-ci ildəki seçki uğursuzluğundan sonra bir vaxtlar İsa Qəmbərin mühafizə qrupunda olan Arzuman Abdulkərimov isə Müsavatdan istefa verərək YAP-a keçib. Onun bu addımına həm də hansısa şirnikləndirici vədlərin səbəb olduğu bildirilirdi. Deyilənlərə görə, Müsavatdan gedəndən sonra onun müəyyən müddət bizneslə məşğul olmasına şərait yaradılıbmış...


Qarabağ Azadlıq Təşkilatının üzvü Akif Nağı uzun müddət Müsavat Partiyasının Məclis və Divan üzvü olub. Sonralar Yasamal rayon təşkilatının üzvü kimi partiyada qalsa da, QAT-dakı fəaliyyəti ilə bağlı müəyyən ziddiyyətlər yaranması səbəbindən Müsavatdan uzaqlaşıb. 

Müsavatda daha kimlər vardı?...

AXC hakimiyyəti zamanı xarici işlər naziri olan Tofiq Qasımov, Bakı şəhər icra hakimiyyəti başçısının müavini, bir zamanlar Müsavat başqanının müşaviri Füzuli Axundov, Bakı Dövlət Universitetinin professoru İsmayıl Musayev, keçmiş deputat Məryəm Həsənova, Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabiti İlham İsmayıl (Divan üzvü olub), AXC hakimiyyəti zamanı Zəngilan rayon İcra Hakimiyyətinin başçısı işləmiş  İlham Hüseyn (Məclis üzvü olub), Nizami Əzizli (Müsavatda təhlükəsizlik xidmətinin rəhbəri idi), Əli Quliyev (AXC hakimiyyəti zamanı Nəsimi rayon icra hakimiyyətinin başçısı işləyib, Müsavata AXCP-dən gəlib, Məclis üzvü də olub) müxtəlif səbəblərdən bu partiyanın üzvlüyündən gediblər.

Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Daşqın Ağalarov da vaxtilə Müsavatın üzvü olub.


Qarabağ seyidləri ocağını təmsil etdiyini bildirən Seyid Camal Əzimbəyli 10 ilə yaxın Müsavatın üzvü olub. 2008-ci ildə Müsavatdan istefa verəndə Məclisin üzvü idi. O, həmin il keçirilən prezident seçkiləri ərəfəsində istefa verməsinə partiyanın prezident seçkilərini boykot etməsinin səbəb olduğunu göstərib.

Uzun illər Müsavatın Lənkəran rayon təşkilatının sədri olan İltifat Rəhimzadə də sonradan istefa verib. 2005-ci ildə “Azadlıq” blokundan deputatlığa namizəd olan Rəhimzadə indi ”Cənub Ziyalılar Birliyi”nin sədridir.

Müsavat başqanının müşaviri Yeganə Hacıyeva isə partiyadan 2013-cü ilin dekabr ayında gedib və bunu belə əsaslandırıb: “Bir neçə həftədir hər şey barəsində düşünmək ətraflı imkanım oldu. Yaşadığımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət, qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm.  Bu gündən müstəqil olduğumu bəyan edirəm”.

AXC hakimiyyəti zamanı Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri işləmiş Siyavuş Mustafayev 2003-cü il prezident seçkilərindən sonra Müsavata basqılara görə bu partiyaya üzv olsa da, sonradan istefa verib.

Uzun illər Müsavatın Beyləqan rayon təşkilatının sədri, həm də Məclis üzvü olmuş Tapdıq Abbas 2010-cu ildə partiyadan uzaqlaşıb. Onunla bağlı həmin il sentyabrın 4-də Məclisdə aparılan müzakirəyə səbəb Mətbuat Şurası İdarə Heyətinin üzvü kimi Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etməsi idi. O zaman Müsavatdan çıxan Tapdıq Abbas bu il iyul ayında Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin sədri seçilib.


Ayaz Mütəllibovun prezidentliyi dövründə Xalq Cəbhəsinin təqdimatı əsasında bir müddət müdafiə nazirinin müavini, Əbülfəz Elçibəyin prezidentliyi dövründə isə Daxili Qoşunların komandanı işləmiş Fəhmin Hacıyev də Müsavatdan gedənlərdən biridir. 2004-cü ildə həbsdən çıxandan sonra (1994-cü ildə tutulub) Müsavat Partiyasının üzvü kimi fəaliyyət göstərib. 2011-ci ildə isə AXCP-yə keçib və ötən ilin dekabr ayında bu partiyadan da istefa verib.

Müsavata “xəyanət” edənlər


Siyasi karyera naminə, yaxud başqa səbəblərdən Müsavat Partiyasını öz istəyi ilə tərk edənlər saysız-hesabsızdır. Ancaq digər partiyalarda olduğu kimi, Müsavatdan qovulanlar da olub. Bunlardan biri hazırda Müasir Müsavat Partiyasının sədri olan Hafiz Hacıyevdir. O, 1991-1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində, 1992-1993-cü illərdə “Azərbalıq” Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışıb. 1993-cü ildə baş nazir Surət Hüseynovun göstərişinə əsasən Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunub, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilib. 1999-cu ildə həbsdən azad olunduqdan sonra Elçibəy Xalq Hərəkatının yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olub. Həmin vaxtlar Müsavata da üzv olan Hafiz Hacıyev sonradan partiya sıralarından uzaqlaşdırılıb. Qovulmasının əvəzini çıxmaq üçün 2001-ci ildə Müasir Müsavat Partiyasının təsis edib və o vaxtdan bu partiyanın sədridir.

Müsavatda ikinci çalxalanma


Müsavat Partiyasından ən çox istefalar 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra baş verdiyi məlumdur. O zaman partiyanı bir çox tanınmışlar tərk etsələr də, Müsavat ölkənin yenə ən mütəşəkkil partiyası hesab olunurdu. 2010-ci ilin axırlarında ikinci çalxalanma baş verdi. Həmin ərəfədə Müsavatın AXCP ilə birləşməsi ciddi müzakirə olunurdu. Partiya daxilində bu təşəbbüsün tərəfdarları ilə yanaşı, ciddi əleyhdarları da vardı. Məhz həmin müzakirələrin gedişi uzun müddət partiyanın ən nüfuzli simaları sayılan şəxslərin istefası ilə nəticələndi. Əvvəlcə Müsavat Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli (qeyd edək ki, İbrahim İbrahimli uzun illər bu partiyanın ən nüfuzlu şəxslərindən biri sayılıb) istefa verdiklərini bəyan etdilər. Bundan bir ay sonra, 2011-ci ilin əvvəllərində isə Müsavat başqanının müavini Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla da AXCP ilə birləşməyin əleyhdarlarının arqumentlərinə etiraz olaraq partiyadan uzaqlaşdılar. Bir qədər sonra bu cütlük “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurum yaratmaq niyyətində olub, Adil Qeybulla o zaman yaradacaqları qurumun siyasi partiyaya çevriləcəyini də istisna etmirdi. Lakin sonradan Adil Qeybulla yenidən Müsavata qayıdıb. Qabil Hüseynli isə indi müstəqil politoloq kimi fəaliyyət göstərir.

2012-ci ildə daha bir neçə nəfər partiyadan istefa verib. Bunlardan biri Müsavatın Naxçıvan təşkilatının sədri Meydan Babayev idi. Bu gedişə səbəb olan başlıca amillərdən biri həmin vaxt Sülhəddin Əkbərin Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasına sədr gətirilməsi idi. Bu, baş verəndən sonra Müsavat Məclisinin üzvü, 2003-cü il prezident seçkilərindən sonra həbs olunaraq bir müddət həbsxanada saxlanılan Ramiz Mirzəoğlu və Müsavatın Nərimanov rayon təşkilatının sədri Səlahəddin Əkbər (Sülhəddin Əkbərin qardaşıdır) də istefa verərək ACP-yə keçiblər. Yeri gəlmişkən, Ramiz Mirzəoğlu keçən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda Azərbaycan Demokrat Partiyasını təsis edən 18 nəfərdən biridir. O, sonradan ADP-dən istefa verərək Müsavata üzv olmuşdu.

Müsavatdan qovulan gənclər

2013-cü ilin payızında Müsavatın Gənclər Təşkilatı sədrliyinə keçirilən seçkilərdən sonra Samir PoladovOrxan Eyyubzadə partiyanın nüfuzuna xələl gətirəcək açıqlamalar yaydığı üçün Divanın qərarı ilə partiyadan kənarlaşdırılıblar. Sonradan partiyadan qovulanların sırasına Cavanşir AbbaslıKərim Kərimli də əlavə olunub.

Bu ilin sentyabr ayında keçirilən qurultay ərəfəsində başqan İsa Qəmbərin istəyi ilə müşaviri Hüseyn Məlik də partiyadan qovulub. O, Müsavata Klassik Xalq Cəbhəsindən istefa verərək gəlmişdi. 

Niyazi Mehdi Müsavatdan ayrılığını rəsmiləşdirdi


Qurultay ərəfəsi tanınmış filosof Niyazi Mehdi 1992-ci ildən üzvü olduğu Müsavat Partiyasını tərk edib. 1992-cü ildən 2003-cü ilə kimi Müsavat başqanının konseptual məsələlər üzrə müavini və Divan üzvü olan Niyazi Mehdi etiraf edib ki, partiya ilə əlaqələri çoxdan kəssə də, bunu elan etməyib: “Ancaq son zamanlar, xüsusi ilə siyasi gərginliklər vaxtı görürəm ki, siyasi kimliyimlə bağlı qeyri-müəyyənlik var və bu bəzən mənə problem yaradır. Məsələn, Zərdüşt Əlizadə bir müsahibəsində məni Divan üzvü adlandırır, bəzi jurnalistlər mənə Müsavatın daxili mətbəxindən suallar verir”. 
Beləliklə, Niyazi Mehdi jurnalistlərdən bundan sonra Müsavat daxilindəki proseslərlə bağlı ona hər hansı sual verməməyi də xahiş edib.

Başqan dəyişikliyi ilə başlayan istefa dalğası


2014-cü il sentyabrın 27-də keçirilən qurultayda Arif Hacılının İsa Qəmbərin yerinə başqan seçilməsi digər iddialı namizəd Qubad İbadoğlunu dəstəkləyənlərin ciddi narazılığına səbəb olub. Qurultay başa çatandan başlayan qarşılıqlı ittihamlar  davam edir  və  demək olar hər gün kimlərsə Müsavatdan istefa verdiyini açıqlayır. 

Yeri gəlmişkən, Qabil Hüseynli ilə Adil Qeybullanın 2011-ci ilin əvvələrindəki istefaları ilə bağlı açıqlama verən Müsavatın o vaxtkı Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd edirdi ki, partiyada müəyyən yenilənmə prosesi gedir: “Təbii ki, bunun müəyyən fəsadları olacaq. Biz çalışacağıq ki, partiya sıralarını tərk edən funksionerləri Azərbaycan siyasətində kifayət qədər tanınmış, siyasi mövqeləri stabil olan, eyni zamanda fəal siyasi mübarizəyə hazır olan adamlar əvəz etsin. Bu vəziyyətdə çalışacağıq ki, nəinki partiyanın zəifləməsinin qarşısını alaq, eyni zamanda daha da güclənmiş şəkildə çıxmasına nail olaq”.

Zənnimizcə, Arif Hacılının başqan seçilməsindən sonra onun o vaxt söylədiklərini xatırlatmaq yerinə düşür. Çünki bugünkü proses göstərir ki, Müsavatın bundan belə güclənməsi heç bir halda mümkün deyil...

İstefa dalğasına gəldikdə, ictimai fəal – hüquq müdafiəçisi, “Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Samir Kazımlı Müsavatdan getməsi ilə bəyanatı qurultay başa çatandan bir neçə saat sonra verib.

Sonra partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbaslı da istefa verdiyini açıqlayıb. Onun iddiasına görə, partiyada səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində hər hansı normal fəaliyyət mümkünsüzdür. O, 2013-cü ilin noyabr ayından Gənclər Təşkilatına rəhbərlik edirdi.

Əhliman Abbasdan əlavə daha 9  nəfər gənc - İlham İlhamoğlu, Nəcmi Davudzadə, Rauf Məmmədli, Elçin Cərullayev, Rasim Əhməd, Elsevər Əhməd, Amanxan Amanxanlı, Firuz OrucluDaşqın Ağayev də Müsavatdan istefa verib.

Tanınmış gənc fəallardan biri, “Gənclər klubu” İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər də üzv olduğu Müsavat Partiyasından istefa verib.

Müsavatda Arif Hacılının başqan seçilməsinə bölgələrdən ilk etiraz isə Tovuz rayonundan edilib. Ötən həftə rayon təşkilatı tam tərkibdə partiyadan istefa verib. Təşkilatın sədri Miryaqub Ağamirli deyib ki, onları bu addımı atmağa Müsavat Partiyasının qurultayı ərəfəsində yaşananlar, qurultayda baş verənlər və qurultaydan sonrakı proseslə vadar edib. Partiyadan istefa verən tovuzluların sayının 400 nəfər olduğu bildirilir.

Keçmiş nazir: “Mən artıq Müsavatın üzvü deyiləm”


Partiyanın Divan üzvü, Müsavatın Tovuz rayon təşkilatının üzvü, AXC hakimiyyəti zamanı kənd təsərrüfatı naziri işləyən Tofiq Hüseynli (Qara Tofiq)  başqan dəyişikliyindən sonra  istefa verən hələ ki sonuncu müsavatçıdır.

Modern.az

***

Həmçinin oxu:

 AMİP-ə gəlib-getmiş tanınmışlar - onlar Etibar Məmmədovu niyə tərk etdilər? - ARAŞDIRMA
http://modern.az/articles/64804/1/  

“Əli Əhmədov, Rəsul Quliyev, Novruz Məmmədov, Məmməd Araz AMİP-in üzvləri olublar” - AMİP Mərkəzi Şurasının üzvündən AÇIQLAMA
http://modern.az/articles/64963/1/ 

AXCP-yə gəlib-getmiş tanınmışlar - Onlar Əli Kərimlini niyə tərk etdilər? - ARAŞDIRMA
http://modern.az/articles/65191/1/


 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
EHTIRAM
22.10.2014, 23:58

En ilklerden NIYAZI IBRAHIMLI UNUDULUB

AZƏRBAYCANLIı
26.10.2014, 17:44

Hal-hazırda övladı bu hakiyyətdə uzun illər dövlət məmuru işləyən, indi də rektor işləyən, özü isə sovet dövründə bolşevik mətbuatının görkəmli təqiqatçısı olan, bu mövzuda ilk dissertasiya yazan, sovet hökuməti dağılandan sonra isə M. Emin Rəsulzadənin təbliğatçısı olan, 1991-ci ildən Heydər Əliyevə və onun hakimiyyətinə radikal siyasi-ideoloji mövqe tutan, onu gizlində tənqid edən, uzun illər MÜsavatın üzvü, Divan üzvü, ideoloji fəalı olan, İsa Qəmbərin ideoloji məsələlər üzrə məsləhətçiçi işləyən, İlham Əliyev hakimiyyətə gələndən sonra isə uzaqgörənlik edib övladlarına vəzifəsi naminə Müsavardan ayağını birdəfəlik kəsən professor ŞİRMƏMMƏD HÜSEYNOV adlı BDU prof.-nu niyə unudubsunuz?

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Türkiyədə bələdiyyə sədri vuruldu   
14.11.2018, 00:47

Türkiyədə bələdiyyə sədri vuruldu  

Avropada vahid ordu yaradılır
14.11.2018, 00:33

Avropada vahid ordu yaradılır

Solari "Real"ın baş məşqçisi oldu
14.11.2018, 00:15

Solari "Real"ın baş məşqçisi oldu

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO
14.11.2018, 00:01

Orta məktəblərə təhsil robotları paylanılır - VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi
13.11.2018, 23:46

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin  35-ci ildönümü qeyd edildi

Azərbaycan nefti bahalaşdı
13.11.2018, 23:29

Azərbaycan nefti bahalaşdı

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”
13.11.2018, 23:16

İlham Əliyev: “Slovakiya ilə siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızı davam etdirəcəyik”

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü
13.11.2018, 23:02

Xüsusi təyinatlılar qəzaya düşdü: 4 ölü

Qusarda sərxoş qəssab yıxılıb öldü
13.11.2018, 22:43

Qusarda sərxoş qəssab yıxılıb öldü

Yunanıstanda təyyarə qəzaya uğradı
13.11.2018, 22:30

Yunanıstanda təyyarə qəzaya uğradı

Türkiyə ordusu 19 terrorçunu məhv etdi
13.11.2018, 22:17

Türkiyə ordusu 19 terrorçunu məhv etdi

Şabranda yol qəzasında piyada öldü
13.11.2018, 22:04

Şabranda yol qəzasında piyada öldü

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO
13.11.2018, 21:50

“Nəsimi bazar”ı sökülərək yerində bina tikilir - VİDEO

Ombudsman ölümlə təhdid edildi
13.11.2018, 21:33

Ombudsman ölümlə təhdid edildi

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR
13.11.2018, 21:19

İlham Əliyev Slovakiyanın Baş naziri  ilə görüşdü - FOTOLAR

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır
13.11.2018, 21:09

Gürcüstan həbsxanalarında 93 Azərbaycan vətəndaşı saxlanılır

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir
13.11.2018, 20:55

Tramp iki yüksək vəzifəli şəxsi istefaya göndərir

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun
13.11.2018, 20:41

Agentlik sürücülərə xəbərdarlıq etdi: Ehtiyatlı olun

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı
13.11.2018, 20:27

Nazir məhkəmə sədrləri və hakimləri Şəkiyə topladı

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO
13.11.2018, 20:14

Kartof maşınında külli miqdarda pirotexniki vasitələr aşkarlandı - FOTO, VİDEO

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN   
13.11.2018, 20:01

“Ermənistandan səsləndirilən fikirlər diplomatik etika və protokola ziddir” - XİN  

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
13.11.2018, 19:40

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq
13.11.2018, 19:34

Sabah Bakı və Abşeronun bu hissələrində qaz olmayacaq

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi
13.11.2018, 19:24

İlham Əliyev D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə sazişi təsdiqlədi

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO
13.11.2018, 19:00

Azərbaycan Braziliyada diplomatik yarmarkada təmsil olundu - FOTO

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü
13.11.2018, 18:58

Azərbaycanın və Slovakiyanın Baş nazirləri görüşdü

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı
13.11.2018, 18:52

“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrıldı

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi
13.11.2018, 18:41

Prezident nazir Muxtar Babayevə yeni vəzifə verdi

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi
13.11.2018, 18:25

Naqif Həmzəyev Gəncədə yeni körpünün tikilməsini  təklif etdi

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı   
13.11.2018, 18:24

Qənirə Paşayeva parlamentdə vacib problemlərdən danışdı  

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”
13.11.2018, 18:22

“Normadan 2 dəfə çox insulin istifadə etməliyik”

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     
13.11.2018, 18:15

“Yadplanetlilərin varlığını inkar edəcək heç nə yoxdur” – “Sabah” tələbəsi ilə “Atüstü söhbət”     

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI
13.11.2018, 18:12

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib - SİYAHI

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı
13.11.2018, 18:10

FHN Şimal Elektrik Stansiyasındakı yanğınla bağlı məlumat yaydı

Deputatdan banklara sərt İTTİHAMLAR
13.11.2018, 18:00

Deputatdan banklara sərt İTTİHAMLAR

Axşamın HAVASI: Külək əsəcək
13.11.2018, 17:58

Axşamın HAVASI: Külək əsəcək

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır
13.11.2018, 17:50

Gövhər Baxşəliyeva alimlərin az maaş almağından narazıdır

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  
13.11.2018, 17:49

YAP siyasi partiyalara verilən büdcə vəsaitini artırmağı TƏKLİF EDİR  

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı
13.11.2018, 17:41

Həsənquliyev hökuməti bütün şəhid ailələrinə yardım etməyə çağırdı

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  
13.11.2018, 17:39

Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi  

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?
13.11.2018, 17:37

Manat sabah hansı MƏZƏNNƏDƏ olacaq?

Tramp Makronu “Twitter”də “vurdu”
13.11.2018, 17:30

Tramp Makronu “Twitter”də “vurdu”

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi
13.11.2018, 17:22

Bakıda 46 köçkün ailəsinin yaşayış yeri yandı - Komitə sədri hadisə yerinə gəldi

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı
13.11.2018, 17:20

“O rayonları həvəsləndirmək lazımdır” – Deputat məsələ qaldırdı

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
13.11.2018, 17:18

Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək
13.11.2018, 17:15

“Nar”-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”
13.11.2018, 17:14

“Yeni tikilən xəstəxanalar, idman kompleksləri sahibkarlara icarəyə verilməlidir”

Deputat qiymət artımına etiraz etdi
13.11.2018, 17:11

Deputat qiymət artımına etiraz etdi

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  
13.11.2018, 16:51

Əflatun Amaşov media və təhsillə bağlı təklif verdi  

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  
13.11.2018, 16:48

Azarkeşləri “Qarabağ”ı cərimələtdi  

ARXİV