Modern.az

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   

24 İyul 2017, 18:23

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələrini bu gün elan edib.

DİM-dən Modern.az-a verilən məlumata görə, imtahanda I ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi  Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət  Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Qeyd edək ki, iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində Dövət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.

Modern.az saytı I və IV ixtisas üzrə keçirilən imtahanda 700 bal toplayan abituriyentlərlə  əlaqə saxlayaraq, onların təəssüratlarını öyrənib.

Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Jalə Məmmədova də birinci imtahanda yüksək nəticə göstərib, amma 700 bala ikinci imtahanda nail olub.

“Birinci imtahanda 695 bal toplamışdım. Amma hədəfim 700 bal idi. Ona görə də ikinci imtahana qatılmalı oldum. Hələ ki hansı universitetdə təhsil alacağımı müəyyənləşdirməmişəm. İxtisasa gəlincə, ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisası üzrə təhsil almaq istəyirəm”.

Türkiyə Dəyanət Vəqfi  Bakı Türk liseyinin Ziya Müslümov deyir ki, birinci imtahanda yaxşı nəticə göstərsə də, bununla kifayətlənməyib.

“Birinci imtahanda  675 bal toplamışdım. Amma bu balla kifayətlənmədim. Ona görə də ikinci imtahana qatıldım. Fərdi müəllim yanına getməmişəm. Orta məktəbdə hazırlaşmışam. Təhsilimi Azərbaycan Tibb Universitetində davam etdirəcəm. Gələcəkdə isə xaricdə oxumaq istəyərəm”.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Qabil Əliyev 700 bal toplamaqdan çox məmnun olduğunu vurğuladı:

“Birinci imtahanda 680 bal toplamışdım. Amma fikirləşdim ki, əgər 700 bal toplaya bilərəmsə, niyə də olmasın. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirmək istəyirəm. İxtisasa gəlincə, ya  ya kimya mühəndisliyi, ya da proseslərin avtomatlaşdırıması ixtisasını seçəcəm”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi