Modern.az

Montella 300 min avrodan imtina etdi

Montella 300 min avrodan imtina etdi

İdman

Bu gün, 00:21

Türkiyənin 2-ci liqa təmsilçisi "Adana Dəmirspor" futbol klubu Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanının keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan imtina etdiyini elan edib.

Modern.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

"2021-2023-cü illər arasında klubumuzun əsas komandasının baş məşqçi vəzifəsini icra edən və hazırda milli komandamızın baş məşqçisi olan Vinçentso Montella 5 sentyabr 2026-cı ildə əldə olunmuş şifahi razılaşmaya əsasən, keçmiş dövrlərdən qalan 330 000 avro məbləğindəki alacağı borcdan "Adana Dəmirspor" lehinə imtina etdiyini rəsmən bizə bildirib.

Bu vacib jestə və fədakarlığa görə Montellaya səmimi qəlbdən təşəkkür edir, gələcək fəaliyyətində ona uğurlar arzulayırıq" , - deyə klubun bəyanatında bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi