Modern.az

Rəbiyyət Aslanovadan “Molla Nəsrəddin” jurnalına ittihamlar

Rəbiyyət Aslanovadan “Molla Nəsrəddin” jurnalına ittihamlar

1 İyun 2011, 20:53

Millət vəkili hesab edir ki, Cəlil Məmmədquluzadənin rəhbəri oldğu jurnalda əks olunan şeyxülislam, axund, ayətulla obrazı əsl gerçəkliyi əks etdirmir

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, milət vəkili Rəbiyyət Aslanova Cəlil Məmmədquluzadənun naşiri olduğu “Molla Nəsrəddin” jurnalını ciddi tənqid edib. Modern.az-a açıqlamasında R.Aslanova bildirib ki, Azərbaycanın ictimai-siyasi tarixində “Molla Nəsrəddin” jurnalıının dini xurafata, mövhumata qarşı mübarizəsini çox yüksək qiymətləndirsə də, jurnalın din xadimlərinə olan münasibətini birmənalı saymır.
“Bu jurnalda bəzən Azərbaycan axundunu və mollasını elə qələmə verirdilər ki, onların mənfi obarzı uzun illər bizim gözümüzün önündən çəkilmədi. Hətta bu gün də bu yanaşma müşahidə olunur. Mənim üçün maraqlıdır, “Molla Nəsrəddin” XX əsrin əvvəllərində Azərbaycan üçün böyük işlər görmüş ziyalılarından niyə bir cümlə yazmayıb...”.

Fəlsəfə üzrə elmlər doktoru R.Aslanovanın fikrincə, “Molla Nəsrəddin”in ələ saldığı şeyxülislam və ayətullah obrazı heç də əsl gerçəkliyi əks etdirməyib.

“Hacı Zeynalabdin Tağıyev də bunu yaxşı görürdü. Jurnalda əks edilən əsl axund, əsl şeyxüsilam, əsl ayətulla o obraz deyil və bunu gülünc hala gətimək olmazdı. Çox qəribədir ki, həmin təsəvvür insanların şüurunda bu günə qədər qalmaqdadır”-deyə professor vurğulayıb.

Deputatın sözlərinə görə, 20-ci əsrin əvvələrində Azərbaycanın çox böyük, savadlı din xadimləri olub.
“Azərbaycan tarixində çox böyük din xadimləri olub və bu din xadimlərinin əsl obrazı “Molla Nəsrəddin”də olduğu kimi deyildi. Məsələn, axund Pişnamazzadə Bakıda dünyəvi məktəblərin açılmasında, onların dərsliklərlə təmin olunmasında çox böyük rol oynamışdı. Ziyalı və maarifpərvər insan idi”-deyə komitə sədri vurğulayıb.

R. Aslanovanın sözlərinə görə, Hacı Zeynalabdin Tağıyev təhrif olunmuş bir obrazın insanlara təqdim olunması ilə razılşamayıb və İraqda məktəb açdırıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra ateizm təbliğatna üstünlük verilib. “Çox insan ordan geri qayıda bilmədi. Ancaq Tağıyevin o məktəbə ayırdığı vəsait hesabına həmin məktəb 1944-cü ilə qədər fəaliyyətini davam etdirib. Bu xeyriyyəçi millətin o zümrələrinin taleyi üçün məsuliyyət hissi daşıyanlardan biri olub”.

Sonda R. Aslanova qeyd edib ki, bu Azərbaycan xalqına yaxşı müəllim, siyasətçi lazım olduğu qədər yaxşı da din xadimi lazımdır. “Çünki başqa cür mümkün deyil”-deyə deputat vurğulayıb.

“Molla Nəsrəddin” satirik jurnalı 1906-cı ildən nəşr olunmağa başlayıb. Öz yazılarında dini xurafata və mövhumata kəskin satira atəşinə tutan jurnal yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxıb.
1932-ci ilə qədər mövcud olan “Molla Nəsrəddin” jurnalı azərbaycanlıları məktəbə getməyə  və oxumağa səsləyib. 30-cu illərdə Cəlil Məmmədquluzadə sovet rəsmilərinin jurnalın işinə müdaxiləsinə etiraz olaraq “Molla Nəsrəddin”i qapadıb. Bu jurnalda xeyli tanınmış imza sahibi çalışıb. Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Ömər Faiz Nemanzadə, Əzim Əzimzadə “Molla Nəsrəddin” jurnalı ilə tanınıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir