Modern.az

Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçiriləcək

Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılışı keçiriləcək

Aktual

28 Avqust 2018, 12:47

Avqustun 31-də Şəki şəhərində Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim, ictimai xadim Bəxtiyar Vahabzadənin ev-muzeyinin təntənəli açılış mərasimi keçiriləcək.

Bu haqda Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib. 

Azərbaycan Prezidenti İlham Əliyev 27 oktyabr 2015-ci il tarixdə “Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında” sərəncam imzalayıb. 

Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən ədibin anadan olduğu Şəki şəhəri Ə.Haqverdiyev küçəsi, 73 ünvanında Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb.

2017-2018-ci illərdə muzeydə təmir, bərpa və bədii tərtibat işləri aparılıb.

Muzeyin ekspozisiyası 70 kvadratmetr təşkil edir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsi tərəfindən təqdim edilmiş müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat nümayiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?