Modern.az

NASA 1 milyard dollarlıq buzlaq araşdırma peyki göndərdi

NASA 1 milyard dollarlıq buzlaq araşdırma peyki göndərdi

Aktual

16 Sentyabr 2018, 16:55

Amerikanın Kosmos və Aviasiya İdarəsi (NASA) qütblərdə buz mübadilələrini araşdırmaq məqsədilə kosmosa 1 milyard dollar dəyərində peyk göndərib. 

Modern.az xəbər verir ki, Amerikanın ən uğurlu raketlərindən biri kimi tanınan "United Launch Alliance"ın 155-ci və sonuncusu olan "ICESAT-2" adlı peyk kosmosa layihəsi çərçivəsində buraxılıb.  

NASA-dan verilən məlumata görə, sözügedən peyk Qrenlandiya və Antarktida buzlaqlarının buz təbəqələrinin qalınlığını, ərimə nisbətini, dəniz səviyyəsindəki dəyişiklikləri, meşə zolaqları ilə buludların yüksəkliyini ölçəcək.  

Əldə edilən nəticələri elm adamlarına yönləndirəcək peyk, beləliklə, buz təbəqələrinin zaman içərisindəki dəyişikliyi və digər amillərin dünyadakı dəniz səviyyələrinə necə təsir edəcəyinə dair proqnozlar təqdim edəcək. 

Yüksək texnologiyaya məxsus lazer sistemi daşıyan peyk, layihə çərçivəsində ilk göndərilən ICESAT peykinə nisbətən 250 qat daha çox məlumat toplayacaq və ölçüləri lazer şüalar aparacaq. Beləliklə, yerə göndərilən lazer şüalarının geri qayıtma müddəti hesablanaraq buz təbəqələrindəki nazikləşmə miqdarı hesablanacaq.  

Layihə çərçivəsində danışan "ICESAT-2" rəsmisi Tom Neumann, "bir insanın göz qırpma müddəti yarım saniyədir və bu yarım saniyədə peyk hər 6 linzadan 5000 hündürlük ölçməsi aparacaq və bu hər gün, hər saat, hər saniyə 3 il ərzində davam edəcək", - deyə bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi