17 fevral 2019, Bazar
Ana Səhifə - QARABAĞ - Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə... - Əli Həsənov YAZDI
Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə... - Əli Həsənov YAZDI
18.09.2018, 16:10

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun işğal altındakı Qarabağa hərbi xidmətə göndərilməsindən yazıb. Modern.az saytı Əli Həsənovun yazısını təqdim edir:

- Hər bir xalqın taleyində önəmli rol oynamış, öz əməlləri ilə adını tarixə yazmış şəxsiyyətlər var. Ümummilli lider Heydər Əliyev bu dövləti məhv olmaq təhlükəsindən xilasetmə missiyasını öz üzərinə götürməklə, bütün zamanını, sağlamlığını Azərbaycan dövlətçiliyini qorumaq, qurmaq və inkişaf etdirmək kimi ali bir məqsədə həsr etməklə və bu vəzifəni layiqincə yerinə yetirməklə adını xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Heydər Əliyev haqq dünyasına gözü arxada qalmadan, rahat köçdü. Gördüyü işlərin və xalqı qarşısında xidmətlərinin sərhədsiz miqyası verirdi ona bu rahatlığı. Bir də ki, ulu öndər təməlini qoyduğu siyasətin gələcəkdə də davam edəcəyinə və Azərbaycanı yeni qələbələrə aparacağına əmin idi və son 15 ilin mənzərəsi də dahi şəxsiyyətin nə qədər düzgün düşündüyünü isbat etdi. 
Prezident İlham Əliyev kiçik bir ölkəni dünya çapında nüfuzlu, sayılıb-seçilən, səsi eşidilən bir dövlətə, dünya qarşıdurma və terrorla üz-üzə olarkən dinamik inkişaf edən sabitlik adasına çevirməklə əsl siyasətçinin nəyə qadir olduğunu nümayiş etdirdi. Bədxahlar “Azərbaycan çökür” deyərkən Azərbaycan daha möhtəşəm addımlarla irəlilədi, “hakimiyyətin sonudur” iddia edənlər hakimiyyətin günü-gündən gücləndiyini gördülər, “bu siyasətin sonu yoxdur” xülyası ilə yaşayanlar həmin siyasətin zəfərlərini sayıb qurtara bilmirlər...

Qarşı tərəfdə Azərbaycana meydan oxuyan siyasətçilərin aqibətinə baxın... Ter-Petrosyanı tarixə gömən Koçaryan-Satkisyan mafiyasını “demokratik inqilab” adı altında küçədən siyasətə gəlmiş Paşinyan kimi bir populist layiq olduqları yerə göndərdi. İndi də barələrində cinayət işi qaldırılır, illərlə erməni xalqına qarşı törətdikləri cinayətlərin hesabı sorulur. Ancaq necə? 

Paşinyan hakimiyyətə gələndə ermənilər eyforiyaya qapılaraq bunu bütün dünya qapılarının onların üzünə açılması, “demokratik” Ermənistanın Azərbaycan üzərində tam qələbəsi kimi anladılar. İnvestisiyaların sel kimi axacağını, dünya liderlərinin bir-birinin ardınca Ermənistana səfər edəcəyini, Azərbaycan ərazilərinin işğalının qanuniləşdiriləcəyini zənn etdilər. 

İndi erməni mətbuatı nə yazır? Paşinyan diktatora xas olan üsullarla öz opponentlərini əzməyə çalışır, ölkədə dərəbəylik və xaos hökm sürür, iqtisadiyyat tam iflas astanasındadır, xarici siyasətdə uğursuzluqlar bir-birini əvəz edir. Ermənistanın baş naziri beynəlxalq tədbirlərdə digər ölkələrin başçıları ilə selfi çəkdirməyi yerli ictimaiyyətə Ermənistanın “xarici siyasət uğuru” kimi sırımağa çalışır. Hakimiyyətə gələndən sonra verdiyi vədlərlə törətdiyi əməllərin arasında yaranmış uçurumu populist bəyanatlarla və sərsəm addımlarla kompensasiya etməyə çalışır. Bəyan edir ki, keçmiş hakimiyyətin oğurladığı sərvəti xalqa qaytarmaq uğrunda mübarizə aparır. Amma indi hamı başa düşür ki, o bu sərvətdən öz şəxsi payını istəyir. Paşinyan demokratik idarəçilikdən dəm vurur, amma Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığı bu “demokratik” addımların konturlarını tam aydınlığı ilə cızır. Baş nazir ölkədə artıq hakimiyyətin medianın fəaliyyətinə müdaxilə etmək ənənəsinə son qoyulduğunu bəyan edir, bir gün sonra isə Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılır.

Bir gün yuxudan ayılıb Azərbaycanı Dağlıq Qarabağdakı separatçı rejimlə danışıqlar aparmağa çağırır. Sabahı gün də sözlərini geri götürür. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “DQR” ərazisi elan edir və bununla da beynəlxalq ictimaiyyəti, ATƏT MQ həmsədrlərinə hörmətsizliyini açıq büruzə verir. Komandasını rusofoblardan formalaşdırır, gündə bir neçə dəfə də Rusiya ilə müttəfiqliyə sadiqliyindən danışır. Artıq hamı başa düşür ki, Ermənistanın baş naziri tutduğu posta qeyri-adekvatdır, siyasətçi adına porodiyadır və onun barəsində “erməni radiosunun” anekdotları artıq qısa zaman məsələsidir. 

Əgər bir siyasətçi övladını, ailəsini siyasi alver predmetinə çevirirsə, onun rəhbərlik etdiyi xalqı hansı fəalkətlər gözlədiyini ehtimal etmək bir o qədər də çətin deyil. “DQR-in” “müstəqil dövlət olduğunu” və Azərbaycanın bu “dövlətlə” danışıqlar aparmasının zəruriliyini iddia edən baş nazirdən soruşulmalıdır ki, “sənin oğlun nəyə görə bu “müstəqil dövlətdə” hərbi xidmətdıdir”? Əslində, bu addımı atmaqla, o, nəinki işğal faktını təsdiqləyir, üstəlik məhz Ermənistanın münaqişə tərəfi olduğunu etiraf edir. Hələ bir həyasızcasına Azərbaycan Prezidentinə öz övladını Qarabağa göndərməyi tövsiyə edir və bu addımı təmas xəttində atəşkəsin bərpa olunmasının qarantiyası kimi göstərməyə çalışır. Digər tərəfdən də Paşinyanın həyat yoldaşı Azərbaycan qadınlarına çağırış edərək münaqişənin dayandırılması və əsgər ölümlərinə son qoyulması üçün səy göstərmələrini istəyir. Amma baş nazir olan həyat yoldaşından soruşmur ki, axı Ermənistan vətəndaşı “müstəqil DQR-də” niyə ölməlidir?

Paşinyan hakimiyyətinin məntiqsizliyi və ziddiyyəti o qədər dərindir ki, bunu xüsusi təhlil etməyə lüzum da qalmır. Lakin anlaşılmayan özünü azərbaycanlı adlandıran bəzi bədxahların Paşinyanın səsinə səs verməsi, erməni dəyirmanına su tökməsidir. Xüsusilə də xaricə qaçmış bir çox anti-milli insanların hərəkəti bəzən bütün əndazələri aşır. Bunlar gör Azərbaycan və onun dövlət simvollarına nə qədər sayğısız münasibət bəsləyir ki, hətta Ermənistan baş nazirinin ailə üzvləri ilə bağlı populist addımlarını belə az qala “qəhrəmanlıq” nümunəsi kimi qələmə verir və Azərbaycan hakimiyyətini hədəf götürürlər? 

Azərbaycan Prezidentinin övladının hərbi xidmətə getməsi bütün cəmiyyət, gənclərimiz üçün yaxşı bir örnəkdir. Bu gün doğma torpağı harda müdafiə etmək lazımdırsa, Heydər Əliyev orda da olacaq və ləyaqətlə, şərəflə Vətən qarşısında öz borcunu ödəyəcək. Buna heç kimin şübhəsi olmasın. Mövzunu manipulyasiya obyektinə çevirənlər isə fərari kimi xaricə üz tutanlar, özlərini Vətən təəssübkeşi kimi qələmə verib övladlarını hərbi xidmətdən yayındıranlardır. Mən əvvəllər paylaşdığım statuslardan birində ifadə etdiyim bir fikri yenə də təkrar edirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi yollarla mübarizə aparıb çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı çirkin mübarizəyə sövq edilirlər. Görünür onlar üçün Qərb ölkələrinə sığınıb soroslar, gülbekyanlar, karapetyanların pulu ilə öz dövlətinə hücum çəkmək əlinə silah götürüb Vətəni müdafiə etməkdən daha şərəfli işdir. Sosial şəbəkələrdə gecə-gündüz məsuliyyətsiz və iyrənc statuslar paylaşmaqla populyarlıq qazanacaqlarını zənn edənlər, Paşinyanın oğlunun hərbi xidmət piarından belə öz mənafeləri üçün yararlanmağı məqbul hesab edənlər, bu yolla Azərbaycan cəmiyyətinin nifrətini qazanacaqlarına da şübhə etməməlidirlər. 

Zaman hər kəsə layiq olduğu yeri göstərib, göstərir və göstərəcəkdir. 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
L.A
18.09.2018, 18:17

Çox gözəl yazıb... erməniləri dəstəkləyən xainlər oxusun bunu

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Avropa Liqasının finalına 100 gün qaldı
17.02.2019, 17:00

Avropa Liqasının finalına 100 gün qaldı

Polisdən əməliyyat: qadınları fahişəliyə cəlb edənlər saxlanıldı - FOTO
17.02.2019, 16:40

Polisdən əməliyyat: qadınları fahişəliyə cəlb edənlər saxlanıldı - FOTO

Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
17.02.2019, 16:26

Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər

Peşə məktəblərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı
17.02.2019, 16:10

Peşə məktəblərində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatdı

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO
17.02.2019, 15:55

NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO

Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO
17.02.2019, 15:48

Zakir Həsənov beynəlxalq hərbi sərgidə - FOTO

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi
17.02.2019, 15:33

Evdə köməksiz qalan 2 azyaşlı xilas edildi

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR
17.02.2019, 15:19

Ramil Usubovdan kadr dəyişikliyi ilə bağlı ƏMR

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı
17.02.2019, 15:00

Həyatından bezdi - Özünü evi və maşını ilə birlikdə hərraca çıxardı

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı
17.02.2019, 14:41

Əmisinin evindən oğurluq edən şəxs saxlanıldı

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı
17.02.2019, 14:25

Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazandı

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama
17.02.2019, 14:12

“Azərbaycanlıları məyus olmamağa çağırıram” - Nazirdən növbəti açıqlama

17.02.2019, 14:00

"Əminəm ki, dostluğumuza heç zaman xələl gəlməyəcək” - Vitse-prezidentdən insidentə MÜNASİBƏT

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO
17.02.2019, 13:47

Polisdən xüsusi əməliyyat: “Lotu Quli”nin adamları tutuldu - VİDEO

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
17.02.2019, 13:32

Hava şəraiti 3 gün qeyri-sabit keçəcək, qar yağacaq, temperatur 5-7 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”
17.02.2019, 13:03

Ucqar kənd müəllimi: “Ləzgilər soyuqqanlı xalq olsalar da,...”

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...   
17.02.2019, 12:47

Bir şəklin tarixçəsi - “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...  

Əmanətlərlə bağlı mühüm dəyişiklik
17.02.2019, 12:30

Əmanətlərlə bağlı mühüm dəyişiklik

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü
17.02.2019, 12:17

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşdü

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb   
17.02.2019, 12:02

Amerikalı ilə ailə quran azərbaycanlı xanım - şeirlərinə mahnılar yazılıb  

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  
17.02.2019, 11:54

Müğənni Afət Fərmanqızı: “Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”  

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI   
17.02.2019, 11:38

Hacıqabuldakı ər-arvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini  elə sevirdilər ki...” - Əmisi DANIŞDI  

Qobustanda zəncirvari qəza - xəsarət alan var
17.02.2019, 11:20

Qobustanda zəncirvari qəza - xəsarət alan var

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO
17.02.2019, 11:05

Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verildi - FOTO

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ
17.02.2019, 10:53

Daxmalarda yanğın: 9 nəfər ÖLDÜ

Gözlər yoldan yığılarmı... - VII YAZI    
17.02.2019, 10:50

Gözlər yoldan yığılarmı... - VII YAZI   

Şahzadə
17.02.2019, 10:44

Şahzadə "Mançester Yunayted"i 4,9 milyard dollara almaq istəyir

“Barselona” “Real”a qalib gəldi   
17.02.2019, 10:33

“Barselona” “Real”a qalib gəldi  

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir
17.02.2019, 10:20

“Məmmədyarovla dəhlizdə salamlaşa bilərik” - Erməni nazir

Sumqayıtda mağaza yanıb
17.02.2019, 10:07

Sumqayıtda mağaza yanıb

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq
17.02.2019, 09:56

“Qarabağ” - “Qəbələ” oyunu canlı yayımlanacaq

Ermənilər 7 rayonumuzu atəşə tutublar 
17.02.2019, 09:45

Ermənilər 7 rayonumuzu atəşə tutublar 

Putin və Makron Suriya məsələsini müzakirə etdilər
17.02.2019, 09:30

Putin və Makron Suriya məsələsini müzakirə etdilər

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
17.02.2019, 09:15

Hava iki gün qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Fətullah Gülən həbs edilib - İDDİA
17.02.2019, 01:12

Fətullah Gülən həbs edilib - İDDİA

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı
17.02.2019, 00:57

Cəlilabadda daşqın:  Kənd qəbiristanlığı su altında qaldı

Parisdəki aksiyada 26 nəfər saxlanıldı
17.02.2019, 00:24

Parisdəki aksiyada 26 nəfər saxlanıldı

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
17.02.2019, 00:06

27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
16.02.2019, 23:55

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
16.02.2019, 23:50

Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
16.02.2019, 23:34

Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR

Bakı metrosunda bıçaqlanma 
16.02.2019, 23:20

Bakı metrosunda bıçaqlanma 

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
16.02.2019, 23:04

Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ   
16.02.2019, 22:48

Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ  

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
16.02.2019, 22:43

ABŞ 4 ildə 12 min insanı qətlə yetirib

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
16.02.2019, 22:30

Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyunduVİDEO

Şəmkirdə yeniyetmə bıçaqlandı
16.02.2019, 22:12

Şəmkirdə yeniyetmə bıçaqlandı

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
16.02.2019, 21:54

İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu   
16.02.2019, 21:41

Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu  

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
16.02.2019, 21:35

“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ

ARXİV