Modern.az

Dollar erasının sonu yaxınlaşır - Dünya alternativ valyuta AXTARIŞINDA

Dollar erasının sonu yaxınlaşır - Dünya alternativ valyuta AXTARIŞINDA

5 Oktyabr 2018, 13:10

Dolların dünya hegemonluğu sona çatır. Dünyanın əksər liderləri bu valyutadan asılılığı azaltmağın vacibliyindən danışırlar.

 

Məsələn, ABŞ, Çin və Rusiya ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları yan keçmək üçün yeni ödəniş sistemi yaradırlar.

 

Modern.az-ın məlumatına görə, Rusiya hökuməti hətta dollardan azad olmaq üçün xüsusi proqram da hazırlayıb.

“Dolların hegemonluğunu tanıyan siyasi liderlərlər də artıq ondan imtina edirlər”-deyə nüfuzlu “Bloomberg” agentliyi yazır.

 

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sentybar ayındakı çıxışında avropalıların dollar almağa vadar olmasını absurd adlandırmışdı.

 

Bu ilin martında isə Çin dolların hegemonluğunu şübhə altına alaraq, enerji bazarında neft fyuçersləri ilə Çin yuanında alış-veriş edən yeni elektron əmtəə birjası təklif etmişdi. ABŞ-ın dövlət borclarına qoyulan sərmayənin həcmini isə rəsmi Pekin 7,7 milyard dollar azaldaraq, son yarım ilin minimumuna salıb.

 

Fransanın maliyyə naziri Bryuno Le Mer də avqust ayında verdiyi açıqlamalarda ölkənin maliyyə resurslarının ABŞ-dan tam azad olacağını demişdi.

“Mən istərdim ki, Avropa vassal ərazi deyil, suveren kontinent olsun”.

Hazırda dünya maliyyə sistemində hegemonluğunu qoruyub saxlasa da, dolların gələcək hegemonluğu sual altındadır.

 

Xüsusən, İrana qarşı sanksiyalar məsələsi rəsmi Vaşinqton üçün ciddi reputasiya itkiləri ilə müşahidə olunacaq. Belə ki, sanksiyalar məsələsində “qırmızı xətt”in keçilməsi sonradan ağır nəticələrə səbəb olacaq.

 

Öz şirkətlərini İrana qarşı sanksiyaların pəncəsindən xilas etmək üçün Qərb ölkələri SWIFT pul köçürmə sisteminin alternativini yaratmağı düşünürlər.

Hazırda dolların əsas üstünlüyü onun rəqiblərinin olmaması ilə bağlıdır. Belə ki, avrozona stabil deyil, Çin isə qlobal ticarət və azad kapital axınına şübhə və ehtiyatla yanaşır.

 

Donald Trampın Çin və Avropa Birliyi ilə ticarət müharibələri, Federal Rezerv Sisteminin dolların faiz dərəcələrini artırması,  dünya bazarında neft qiymətləri ilə bağlı OPEK-in əldə etdiyi razılıq, Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi və terrorizmlə mübarizə beynəlxalq aləmdə dolların yeni valyuta ilə əvəzlənməsi ehtiyacını xeyli artırıb.

 

Gələcək proseslər dolların taleyinin hansı istiqamətdə olacağını müəyyənləşdirəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır