19 mart 2019, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda daha bir pullu yol çəkilir -  2021-ci ilədək açılacaq  
Azərbaycanda daha bir pullu yol çəkilir -  2021-ci ilədək açılacaq  
12.02.2019, 11:16

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinə alternativ olan yeni avtomobil yolunun çəkilişi davam etdirilir.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli məlumat verib.

 

Xəzər sahilindən keçən 4 hərəkət zolaqlı yol...

A.Nəcəflinin sözlərinə görə, 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75 metr, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək:

“M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayır, uzunluğu 92 kilometrdir. Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Yolun keçəcəyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığında yerləşir”.

 

“İşlərin müəyyən hissəsi icra olunub”

Şöbə müdiri qeyd edib ki, aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib. O bildirib ki, yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonu Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək:

“Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək. Ümumilikdə sözügedən hissədə 8 qovşaq və yol ötürücü körpünün, 16 hidravlik və kanal körpüsünün, kəndlərarası düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik düzbucaqlı boru və 190 m uzunluğunda müxtəlif diametrlərdə dairəvi beton suötürücü borular, həmçinin 2708 m uzunluğunda, 500 mm diametrdə dəmir borular və digər beton qurğuların tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi icra olunub.“

 

“Yol  2021-ci ilədək istifadəyə veriləcək”

 

Şöbə müdirinin sözlərinə görə, yolun 2021-ci ilədək istifadəyə verilməsi və ödənişli olması nəzərdə tutulub. A.Nəcəfli tikinti işlərinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparıldığını vurğulayıb:

“Layihə sənədlərinin hazırlanması, məsləhətçi xidmətlərinin yerinə yetirilməsi, tikinti-quraşdırma işlərinin hansı mərhələdə olması, həmçinin layihədə qarşıya çıxan problemlərin həlli yollarının axtarılması və aradan qaldırılmasının işçi qaydada həll olunması məqsədi ilə mütamadi olaraq Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə tikinti meydanındaca yolun tikintisini və layihələndirilməsini həyata keçirən podratçı və layihəçi şirkətlərin nümayəndələrinin iştirak etdiyi iclaslar keçirilir”.  

 

Qeyd edək ki, 2005-ci ildə Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Bunlardan, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yolun uzunluğu 208 kilometr, Bakı-Ələt-Astara yolunun uzunluğu isə 312 kilometr təşkil edir.

 Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Xatırladaq ki, 7 dekabr 2017-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə yeni avtomobil yolunun təməlqoyma mərasimi keçirilib.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb
19.03.2019, 13:59

Günay Əfəndiyeva Bolqarıstanda türk səfirlərlə görüşüb

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat
19.03.2019, 13:52

Prezidentimizin xoş məramını hər kəs adekvat dəyərləndirməlidir - Deputat

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR
19.03.2019, 13:41

Flaminqo görmək istəyən Qızılağac Parkına getsin - FOTOLAR

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq
19.03.2019, 13:39

Yaz fəsli Azərbaycana martın 21-i saat 01.58-də daxil olacaq

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb
19.03.2019, 13:35

Hikmət Hacıyev Berlində Qarabağ müzakirələri aparıb

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı   
19.03.2019, 13:32

Avropa Şurasının rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı  

Rövşən Rzayev vətəndaşları dinlədi
19.03.2019, 13:28

Rövşən Rzayev vətəndaşları dinlədi

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb
19.03.2019, 13:23

Bakıda ahıl qadınları soyan şəxs saxlanılıb

Sabahın hava proqnozu: yağış, qar
19.03.2019, 13:03

Sabahın hava proqnozu: yağış, qar

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: “Yalan və saxtadır!”
19.03.2019, 12:58

Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları TƏKZİB ETDİ: Yalan və saxtadır!

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB   
19.03.2019, 12:56

Prezident və birinci xanım Novruz şənliklərində - YENİLƏNİB  

Beynəlxalq Bankdan YENİLİK
19.03.2019, 12:54

Beynəlxalq Bankdan YENİLİK

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında
19.03.2019, 12:51

“Nobel qardaşlarının ilk uğuru” filmi baxış üçün Kann festivalında

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək
19.03.2019, 12:45

Baş redaktor Türk dünyası ilə bağlı tədbirlərdə iştirak edəcək

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı
19.03.2019, 12:43

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanıldı

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO
19.03.2019, 12:40

Ermənistanda “qanunda oğru” saxlanıldı – VİDEO

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir
19.03.2019, 12:34

Azercell abunəçilərini Novruz bayramında sevindirməyə davam edir

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib
19.03.2019, 12:30

Azərbaycan əhalisi iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi
19.03.2019, 12:22

Manvel Qriqoryan Ermənistanı Avropa məhkəməsinə şikayət etdi

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində
19.03.2019, 12:20

Deputatlar TÜRKPA Katibliyinin Novruz tədbirində

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi
19.03.2019, 12:05

Əbülfəs Qarayev mədəniyyət ictimaiyyətini təbrik etdi

General şəhid ailələrinin evinə getdi
19.03.2019, 11:57

General şəhid ailələrinin evinə getdi

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu
19.03.2019, 11:56

Rusiyadan Azərbaycana bu məhsulların gətirilməsinə qadağa qoyuldu

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19.03.2019, 11:54

“Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar
19.03.2019, 11:31

Novruzda yalnız şəkərbura, paxlava yemirlər - Azərbaycan diasporundan yeni addımlar

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO
19.03.2019, 10:58

Azərbaycan həbsxanalarında dustaqlar nə yeyir? - Penitensiar Xidmət: “Ət, toyuq, balıq, şokolad...” - VİDEO

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  
19.03.2019, 10:50

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir  

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO
19.03.2019, 10:37

Canlı əfsanənin qayıdışı: Ramiz Əzizbəyli yeni filmdə - VİDEO

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı
19.03.2019, 10:35

Kapital Bank daha bir beynəlxalq konfransa qatıldı

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR
19.03.2019, 10:24

Amerikada böyük nüfuz sahibi olan soydaşımız - Men ştatında yaşayan bakılı balası - FOTOLAR

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı
19.03.2019, 10:19

Elmar Məmmədyarov çilili həmkarına Dağlıq Qarabağdan danışdı

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir
19.03.2019, 10:13

Ermənistan azərbaycanlı girovu Karen Kazaryana dəyişmək istəyir

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb
19.03.2019, 10:09

Sumqayıtda daş hasar aşıb, 1 nəfər ölüb

Ermənistan atəşkəsi 21 dəfə pozdu
19.03.2019, 09:57

Ermənistan atəşkəsi 21 dəfə pozdu

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019, 09:57

Akademik: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI
19.03.2019, 09:52

İslam inkişafa mane olur, yoxsa kömək edir? - Ateist yazar və din xadiminin BAXIŞI

Sabahdan 7 günlük bayram tətili başlayır
19.03.2019, 09:31

Sabahdan 7 günlük bayram tətili başlayır

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib
19.03.2019, 09:28

Gəncədə Novruz bayramı böyük coşqu ilə qeyd edilib

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb
19.03.2019, 09:27

Şəmkirdə azot gübrəsi güzəştlə satılıb

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı   
19.03.2019, 09:13

Səfir haqqında böhtan yazdıranları Allaha tapşırdı  

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR   
19.03.2019, 08:44

12 ildən sonra üçəmləri doğuldu - Nazir 3 otaqlı mənzil hədiyyə etdi - FOTOLAR  

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib
19.03.2019, 08:36

“Beyləqanda hamı millət vəkili kimi məhz məni görmək istəyir” - Tapdıq Abbas indidən qərar verib

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ   
19.03.2019, 08:30

Bizimkilər - AzTV-nin xanım reportyoru: “...hədəfim ucqar bir kənddə məskunlaşmaqdır” - MÜSAHİBƏ  

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..   
19.03.2019, 08:26

Jurnalistlər Qarabağ məsələsinin həll yolunu necə görürlər?..  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
19.03.2019, 08:11

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Ukraynada prezidentliyə bu namizəd rəqiblərini geridə qoydu   
19.03.2019, 00:54

Ukraynada prezidentliyə bu namizəd rəqiblərini geridə qoydu  

Fransa bəzi şəhərlərdə etirazları qadağan edir
19.03.2019, 00:43

Fransa bəzi şəhərlərdə etirazları qadağan edir

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü
19.03.2019, 00:29

Göyçayda bəy toyundan bir gün sonra qəzaya düşdü

Ermənistanda oğul anasını baltaladı
19.03.2019, 00:16

Ermənistanda oğul anasını baltaladı

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
19.03.2019, 00:02

Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur

ARXİV