Modern.az

Qəfil çətinliyə düşən ailələr üçün yeni fond yaradılsın

Qəfil çətinliyə düşən ailələr üçün yeni fond yaradılsın

Ölkə

Bu gün, 15:50

Mövcud ünvanlı dövlət sosial yardımı mexanizmi həqiqətən ehtiyac içində olan bəzi vətəndaşların sosial dəstək almasına imkan vermir. 

Modern.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə 2027-ci ilin Sosial Müdafiə Fondunun müzakirəsində çıxışı zamanı bildirib.

"Mövcud ünvanlı dövlət sosial yardımı mexanizmi həqiqətən ehtiyac içində olan bəzi vətəndaşların sosial dəstək almasına imkan vermir. Gəlirlərin əvvəlki dövr üzrə hesablanması ailənin iqtisadi vəziyyətində qəfil baş verən dəyişikliklərin vaxtında nəzərə alınmasına mane olur. Ailə başçısının ağır xəstələnməsi, işini itirməsi, qəza və digər bədbəxt hadisələr nəticəsində ailənin maddi vəziyyəti qısa müddətdə kəskin dəyişə bilər. Lakin mövcud qiymətləndirmə mexanizmləri bu ehtiyacları hər zaman vaxtında əks etdirmir".

O, həmçinin müalicə və dərman xərclərini qarşılamaqda çətinlik çəkən, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan xidmətlərə ehtiyacı olan vətəndaşların problemlərinə diqqət çəkib:

"Fövqəladə Sosial Dəstək Fondu yaradılmalıdır. Ağır xəstəlik, qəza, yanğın, ailə başçısının vəfatı, qəfil gəlir itkisi və digər gözlənilməz hadisələr nəticəsində çətin vəziyyətə düşən ailələrə operativ və ünvanlı yardım göstərməsi nəzərdə tutulur. Deputat müraciətlərə qısa müddətdə baxılmasını və təxirəsalınmaz hallarda ilkin yardımın gecikdirilməməsini vacib sayıb.

Çıxışda minimum pensiyaların real alıcılıq qabiliyyəti məsələsi də gündəmə gətirilib. Deputat ərzaq, dərman və kommunal xidmətlərin qiymət artımının nəzərə alınmasını, pensiyaların indeksləşdirilməsi mexanizminin real yaşayış xərclərinə daha həssas olmasını təklif edib. Xüsusilə yalnız pensiya hesabına yaşayan vətəndaşların sosial vəziyyətinin diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var