Modern.az

Yaşayış minimumunun 314 manat olması təsdiqləndi

Yaşayış minimumunun 314 manat olması təsdiqləndi

Ölkə

Bu gün, 16:13

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyənləşdirilir.

Qanunun 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Məsələ səsə qoyukaraq birinci oxunuşda qəbul edilib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada gərginlik! Dəhşətli t*error cəhdi - Ö*lənlər var