Modern.az

İki Konstitusiya qanunu ləğv olunur

İki Konstitusiya qanunu ləğv olunur

16 Mart 2019, 11:41

Azərbaycanda iki Konstitusiya qanunu ləğv edilir.

Bu haqda Modern.az-a Milli Məclisdən məlumat verilib. Məlumata görə, məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında da müzakirəyə çıxarılıb.

Bunlar “Azərbaycan Respublikasının  Dövlət gerbi haqqında” 19 yanvar 1993-cü il tarixli Konstitusiya qanununun və “Azərbaycan Respublikasının  Dövlət himni  haqqında” 27 may 1992-ci il tarixli qanunun ləğvi barədə Konstitusiya qanunlarıdır.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?