Modern.az

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib 

Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib 

Aktual

26 Mart 2019, 10:30

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

 

Modern.az-ın məlumatına görə, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

 

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

 

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı