Modern.az

Azərbaycanın sabiq rəhbəri Vəzirov 22 il sonra – FOTOLAR

Azərbaycanın sabiq rəhbəri Vəzirov 22 il sonra – FOTOLAR

30 Aprel 2012, 13:05


Modern.az
saytı 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov barədə ən yeni xəbəri oxuculara təqdim edir.
Əməkdaşımızın məlumatına görə, hazırda Moskvada olan 82 yaşlı Vəzirov xarici görünüşcə gümrah təsiri bağışlayır. 

Əbdürrəhman Vəzirov aprelin 29-da Moskvadakı Milllətlər evində “Şəhriyar” ədəbi-mədəni cəmiyyəti tərəfindən keçirilən tədbirdə iştirak edib. Bu, uzun illərdir Moskvada yaşayan tanınmış azərbaycanlı yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təkmilləşdirilmiş təkrar nəşrinin təqdimat mərasimi olub.
Risiyadakı Azərbaycan diaspor təşkilatlarının, ictimai fəalların qatıldığı tədbirdə Əbdürrəhman Vəzirov da iştirakı bəziləri üçün gözlənilməz olub.

Tədbirdə yaxşı əhval-ruhiyyədə olan Vəzirov jurnalistə hər hansı açıqlama verməkdən imtina edib. Azərbaycanın keçmiş rəhbəri çox kəskin şəkildə bundan sonra kimsəyə müsahibə vermək fikrində olmadığını vurğulayıb.

Əhvalı yerində olan Ə.Vəzirov yazıçı Çingiz Hüseynovun “Fatalnıy Fatali” kitabının təqdimatından sonra təşkil olunan furşetə qatılıb, qonaqlarla ünsiyyətdə olub, deyib-gülüb.

26 may 1930-cu ildə duğulan Əbdürrəhman Vəzirov vaxtilə Azərbaycan komsomoluna rəhbərlik edib, Azərbaycan KP MK-nın katibi, keçmiş Kirovabad Şəhər Partiya Komitəsinin birinci katibi işləyib. Sonra SSRİ-nin Nepalda (1979-1985) və Pakistanda (1985-1988) səfiri işləyib.
1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək isə o, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub. Məhz bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov bütün bunların, eləcə də sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Bakıya daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
20 yanvar qırğınından sonra Ə.Vəzirov xalqın tələbi ilə vəzifəsini tərk edərək Moskvaya gedib. O, 20 yanvar qırğının təqsirkarlarından biri sayılan Vəzirovun barəsində Azərbaycanda cinayət işi qaldırılıb.

Hazırda Moskvada yaşayan Ə.Vəzirovun 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi Vəzirov İlham Əliyevə həmin müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdı.

Modern.az saytı 82 yaşlı Əbdürrəhman Vəzrovun bir gün öncə Moskvadakı tədbirdə iştirakı zamanı çəkilən fotolarını təqdim edir.



Adəm Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir