Modern.az

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi - FOTOLAR

Keçmişdən gələcəyə: 50 il əvvəlin və bu günün Gəncəsi - FOTOLAR

Reportaj

Bu gün, 10:30

Zaman axdıqca, şəhərlər də insanlar kimi dəyişir və yeni cizgilər qazanır.

Modern.az saytının "Keçmişdən gələcəyə" adlı rubrikasında eyni bucaqdan baxaraq şəhərlərin yarıməsr boyunca keçdiyi vizual təkamülü sizinlə paylaşırıq. Bu müqayisəli kadrlar 50 il əvvəlin nostalji sükutu ilə bu günün dinamik ritmini bir araya gətirir.

Bu fotoşəkil bizi XX əsrin ortalarına, qədim Gəncənin küçələrinə apararaq şəhərin nəqliyyat keçmişindən maraqlı bir kadrı canlandırır. Şəkildə diqqəti cəlb edən əsas məqam, 1930-1970-ci illər aralığında Gəncənin mərkəzi körpüsü üzərindən keçən, şəhər sakinlərinin gündəlik həyatının ayrılmaz hissəsi olmuş tramvaydır. Arxa fonda klassik sovet memarlığı üslubunda tikilmiş bina və körpünün girişində ucalan heykəl, o dövrün şəhər mənzərəsini, tramvay, avtobus və motosikletlərin bir arada hərəkət etdiyi rəngarəng nəqliyyat sistemini, eləcə də gəncəlilərin o illərdəki geyim tərzini və dinamik yaşayış tempini əks etdirərək nostaljik hisslər oyadır.


1933-cü ilin 1 may tarixində Gəncədə elektriklə işləyən tramvay xəttinin açılışı olub. Bu nəqliyyat növü şəhərin əsas məhəllələrini əlaqələndirir və 4 marşrut üzrə işləyirdi. Gəncə tramvayı 43 il, 16 oktyabr 1976-cı il tarixinə kimi çalışıb.

O dövrdə Gəncə şəhəri Kirovabad adlandırılıb.

Müstəqillik dövründə Gəncədə tramvayın bərpası ilə bağlı çoxsaylı təkliflər səsləndirilib.

Hətta 2013-cü ilin noyabrında Şəhər İcra Hakimiyyəti və Fransanın “NEWTL” şirkəti arasında təntənəli şəkildə Gəncə tramvay xəttinin çəkilişi ilə əlaqədar memorandum imzalanıb Amma real nəticə olmayıb. 


70-ci illərdə “Kirovabad” adı ilə sovet sənayesinin, tramvay səslərinin və toxuculuq kombinatlarının gurultulu ritmi ilə yaşayan Gəncə, bu gün öz qədim ruhunu modernizmlə birləşdirən tamam başqa bir simaya sahibdir. Bu gün Gəncə tramvay xəttinə malik olmasa da, müasir parkları, özünəməxsus arxitekturu, dinamik enerjisi, rəqəmsal həyat ritmi olan bir şəhərdir. Bir zamanlar zavod fəhlələrinin növbə dəyişməsi ilə nəfəs alan Nizami yurdu, indi Avropasayağı şəhər mədəniyyəti olan bir məkandır.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr