Modern.az

Ülvi Hacızadə nazir müavini təyin edildi

Ülvi Hacızadə nazir müavini təyin edildi

Ölkə

Bu gün, 16:32

Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinə müavin təyin olunub.

Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq sərəncam imzalayıb.

Təyinatla bağlı Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Ülvi Hacızadəni nazirliyin kollektivinə təqdim edib.

Qeyd edək ki, bu dövrə qədər Ülvi Hacızadə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Geologiya və Mineral Xammmal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr