Modern.az

Xocavənddə hərbçilərlə görüş keçirilib

Xocavənddə hərbçilərlə görüş keçirilib

17 Mart 2022, 17:10

Xocavənd Rayon İcra Hakimiyyəti və Dövlət İdarələri və  İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika  Komitəsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə rayon ərazisində yerləşən N saylı hərbi hissədə, hərbi hissənin komandanlığı, Baş İdarənin əməkdaşları, fəal gənclər, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə əsgər və zabitlərlə görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Dövlət İdarələri və  İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocavənd rayon Komitəsinin sədri  Bəhruz Məmmədov və Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz  Mirzəliyev çıxış edərək  Rayon və Respublika Komitəsinin rəhbərliyi adından əsgər və zabitləri  bayram münasibətilə təbrik edib, çətin və şərəfli xidmətdə onlara müvəffəqiyyətlər arzulayıblar.

 

Sonra hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit heyəti Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.

 

Tədbirin sonunda hərbi hissənin rəhbərliyi çıxış edərək qonaqlara təşəkkürünü bildirib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bayram şənliyi incəsənət ustalarının iştirakı ilə davam edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!