Modern.az

Özbəkistan London təxribatını PİSLƏDİ

Özbəkistan London təxribatını PİSLƏDİ

Aktual

5 Avqust 2022, 20:01

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan XİN bəyanat yayıb.

 

“Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - məlumatda deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!