Modern.az

Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov

Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov

Aktual

28 Sentyabr 2022, 14:56

"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib.

 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü