Modern.az

Bakıda itkin düşən qızlar tapıldı - YENİLƏNİB

Bakıda itkin düşən qızlar tapıldı - YENİLƏNİB

Aktual

29 Sentyabr 2022, 10:45

Bakıda itkin düşən 13 yaşlı Ülviyyə Həsənzadə və 14 yaşlı Gülnaz Cavadova tapılaraq ailələrinə təhvil verilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

09:20 ***

 

Bakıda iki yeniyetmə qız itkin düşüb.

 

Modern.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

 

Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

 

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir