Modern.az

KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova 

KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova 

Aktual

6 Oktyabr 2022, 14:52

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz məsuliyyət zonasında sülhün və sabitliyin qorunmasında əsas rol oynayır.

Modern.az xəbər verir ki, bunu cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

 

O xatırladıb ki, sabah, oktyabrın 7-də Təşkilatın 20 illik yubileyi qeyd olunur.

 

Zaxarovanın sözlərinə görə, məhz 2002-ci ilin 7 oktyabrında KTMT-nin Nizamnaməsi qəbul edilib.

 

"Nisbətən qısa müddət ərzində təşkilat layiqli yol keçib. Birgə səylər nəticəsində təhlükəsizlik məsələləri ilə məşğul olan effektiv struktur yaradılıb. KTMT həm də öz məsuliyyət sahəsində regional sabitliyin dəstəklənməsində əsas rol oynayır".


Zaxarova vurğulayıb ki, bu ilin yanvarında Qazaxıstanda sülhməramlı əməliyyatda iştirak hərbi-siyasi strukturun yetkinliyinin əyani təsdiqi olub.

 

Rusiyalı diplomat əlavə edib ki, KTMT Kollektiv Qüvvələrinin BMT-nin himayəsi altında sülhməramlı əməliyyatlarda iştirakı üçün ardıcıl şərait yaradılır.

 

Zaxarova vurğulayıb ki, Rusiya KTMT-dəki tərəfdaşları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsini xarici siyasət prioritetlərindən biri hesab edir.

 

Xatırladaq ki, KTMT-yə altı ölkə daxildir: Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!