Modern.az

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olundu

Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olundu

Aktual

7 Oktyabr 2022, 15:00

İtaliyanın Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov bu ölkənin Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendino ilə görüşüb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıran kontr-admiral S.Bəkirov beynəlxalq Simpoziuma dəvətə görə italiyalı həmkarına təşəkkürünü bildirib.

 

Görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü