Modern.az

Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi

Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdi

Aktual

15 Noyabr 2022, 20:57

Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

 

Modern.az xəbər verir ki, qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

 

Sözügedən layihədə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub. 

 

Şübhə yox ki, Fransa Senatının bu addımı ermənipərəst dairələrin və erməni lobbisinin maraqlarına hesablanıb. Bununla da özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransa əsl simasını göstərmiş oldu və işğalçı Ermənistandan heç nə ilə fərqlənmədiyini nümayiş etdirdi.

 

Fransa kimi ölkənin dövlət maraqlarını erməni lobbisinə qurban verməsi təəccüb doğursa da, görünən odur ki, Emmanuel Makronun rəhbərlik etdiyi komanda sülh və sabitliyi deyil, terroru, münaqişəni və işğalı dəstəkləyir.

 

Onu da qeyd edək ki, Fransa Senatının qəbul etdiyi qətnamə məsləhət xarakteri daşıyır və heç bir hüquqi əsası yoxdur.

 

Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Sonradan onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir