Modern.az

Terminallardan 10 min manata yaxın pul OĞURLANDI

Terminallardan 10 min manata yaxın pul OĞURLANDI

Aktual

24 Noyabr 2022, 11:54

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtda pul ödəmə terminallarını müxtəlif üsul və vasitələrlə talayan şəxs müəyyən olunub.  

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

 

Binəqədi rayonunda 2864, 1157, 4496 manat və  Sabunçu rayonunda 800 manat olmaqla ödəmə terminallarından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər quldurluğa görə məhkum olunan Qəzənfər Babayev saxlanılaraq məsuliyyətə cəlb edilib. 

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir