Modern.az

Normal pensiya almaq üçün 35 il işləməlisən - Samir Şərifov

Normal pensiya almaq üçün 35 il işləməlisən - Samir Şərifov

5 Dekabr 2022, 11:54

Pensiya yaşının müəyyən olunması sadə məsələ deyil.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir bildirib ki, pensiya sisteminin quruluşu maliyyə resursları ilə sıx bağlı olmaldır: "Pensiya yaşının süni şəkildə azaldılıb, çoxaldırması müəyyən problemlərə səbəb ola bilər. Biz statistikaya görə bilirik ki, ölkədə uzunömürlülük yüsəkdir. Ona görə bu statistikanı nəzərə almaq lazımdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pul alsınlar. Əvvəllər 12 il işləyən adama 25%-lə pensiya haqqı tanınırdı. Bu gün normal pensiya almaq üçün 35 il işləməlisən. Bu gün ölkədə insanlar işləyirlər, amma başa düşmürlər ki, işləməklə yanaşı pensiya fonduna da pul köçürməlisən. Bunun əsasında pensiya məbləği müəyyənləşəcək".

 

"Bu gün qaldırılan pensiya yaşları ilə bağlı məsələdə diqqətli olmalıyıq. Biz o pulu vermədikdə başqa problemlər yaranacaq. Bu gün həm də bizim qarşımızda ən vacib ümdə vəzifə Böyük Qayıdışı təmin etmək və müdafiəni gücləndirməkdir. Ona görə də əsas maliyyə bu sahəyə cəlb olunacaq”, - deyə maliyyə naziri çıxışında vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər