Tbilisidə "Vağzal meydanı" metrostansiyası yaxınlığında güclü yanğın başlayıb.
Modern.az xəbər verir ki, yanğın piyada keçidində qeydə alınıb.
Əraziyə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.
Hadisənin səbəbi və digər təfərrüatlar hələ məlum deyil.