Modern.az

Belçikanın Baş naziri istefa verib

Belçikanın Baş naziri istefa verib

Dünya

Bu gün, 15:54

Belçikanın Baş naziri Bart de Vever büdcə ilə bağlı razılıq əldə olunmaması səbəbindən istefa vermək qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Belçika Kral Sarayı məlumat yayıb.

Bildirilib ki, baş nazir qərarını Kral Filippə çatdırıb. Kral isə istefa ilə bağlı qərar verməyi təxirə salıb.

Kral Filipp sabahdan etibarən hakim koalisiyaya daxil olan partiyaların sədrləri ilə məsləhətləşmələr aparacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ərdoğanın təyyarəsi Bakıya daxil oldu - Havada olarkən KRİTİK MESAJ