Modern.az

Quba yolundakı qəzada yaralanan sürücünün SON DURUMU

Quba yolundakı qəzada yaralanan sürücünün SON DURUMU

Aktual

16 Dekabr 2022, 13:20

Dekabrın 15-də Bakı-Quba yolunda baş verən dəhşətli qəzada yaralanan Elçin Atayev ambulator müalicə üçün evə buraxılıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Qeyd edilib ki, dünən qəzadan sonra Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən Elçin Atayevin vəziyyəti normal olduğu üçün evə yazılıb.

 

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla "TIR" toqquşub. Hadisə nəticəsində 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu, 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu, 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev və 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü) həlak olublar.

Qəzada yaralanan "TIR"ın sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi