Modern.az

Hacı Şahinin məzarını ziyarət edənlərə ailəsindən MÜRACİƏT

Hacı Şahinin məzarını ziyarət edənlərə ailəsindən MÜRACİƏT

Aktual

9 Mart 2023, 20:50

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin ailəsi onun məzarını ziyarət edənlərə müraciət ünvanlayıb.

 

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır:

 

"Hacının ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarətinizi təxirə salasınız. Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik".

 

Qeyd edək ki, tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də 48 yaşında vəfat edib. Onun ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok