Modern.az

Kazinoda külli miqdarda pul uduzan şəxs məşhur oteli YANDIRDI

Kazinoda külli miqdarda pul uduzan şəxs məşhur oteli YANDIRDI

1 Aprel 2023, 18:46

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Ambassador” hotelinin yandırılmasında şübhəli bilinin şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Yanğının hotelin müştərisi olan 1995-ci il təvəllüdlü A.L. tərəfindən törədildiyi bildirilir. Həmin şəxs tərəfindən hoteldə başladılan yanğın daha sonra binanın üçüncü və dördüncü mərtəbələrinə yayılıb. 

 

Məlumata görə, saxlanılan şəxs hotelin kazinosunda külli miqdarda pul uduzub. Spirtli içki qəbul edən müştəri hotelin eyvanına çıxaraq anlaqsız hərəkətlər edib və diqqəti cəlb etməyə çalışıb. Bundan sonra isə oteldə yanğın törədib.

 

Faktla bağlı istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi