Modern.az

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

Salyanda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verildi

7 İyun 2023, 10:50

Salyan rayonunda qaçırılan 15 yaşlı qız ailəsinə təhvil verilib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

 

Qeyd edilib ki, iyunun 6-da rayonun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını deyib.

 

"Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək Rayon Polis Şöbəsinə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir", - DİN-in açıqlamasında deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir