Modern.az

Seçkidən sonra ilk iclas - Azərbaycan da müzakirə edildi

Seçkidən sonra ilk iclas - Azərbaycan da müzakirə edildi

8 İyun 2023, 20:18

Türkiyə Milli Təhlükəsizlik Şurasının yeni tərkibdə ilk iclası başa çatıb.

 

Modern.az xəbər verir ki, iclas 3 saat davam edib.

 

Toplantıda Azərbaycan-Ermənistan münasibətləri də müzakirə olunub.

 

İclasdan sonra yayılan bəyanatda bildirilib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin ədalətli həlli Qafqazda davamlı sülhün bərqərar olmasının əsasını təşkil etməklə yanaşı, qlobal sabitliyə mühüm töhfə verəcək.

 

Açıqlamada Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişdən məmnunluq ifadə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir