Modern.az

Mirhəsən Seyidov yayılan iddiaları təkzib etdi

Mirhəsən Seyidov yayılan iddiaları təkzib etdi

Aktual

23 İyun 2023, 14:14

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) başçısı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, Mirhəsən Seyidov bildirib ki, haqqında yayılan məlumatlar əsasızdır:

 

"Əziz dostlar, hörmətli həmkarlar.

 

Sizi, dövlət qulluqçularının peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. 

 

Tədbir zalından indi çıxmışam, baxıram sosial şəbəkələrdə haqqımda həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Sosial şəbəkələr vasitəsilə insanlarımızda çaşqınlıq yaratmaq mümkün deyil və olmayacaq. 

 

Vətəndaşımıza şərəf və ləyaqətlə xidmət etmək bizim qarşımızda duran ən başlıca vəzifədir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et