Modern.az

“Açıq mikrofon” aksiyası Xaçmazda - FOTO

“Açıq mikrofon” aksiyası Xaçmazda - FOTO

Aktual

21 Noyabr 2023, 18:00

Həftənin sayca 2-ci “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda baş tutub.

 

Modern.az xəbər verir ki, rayonun Xudat şəhərində təşkil olunan “Səyyar qəbul otağı”na qatılan sakinlərdən cəmi 7 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Müraciətlərdən 2-si həyata keçirilən qazlaşmaya görə ölkə başçısı  minnətdarlıqla bağlı olub.

 

Digər 5 sakin isə fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətəndaşlara məlumat verilib ki, SOCAR-ın “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

 

Xaçmaz RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə həyəcanlı dəqiqələr- Ərdoğandan tarixi gediş