Mayın 15-də Rusiya əsirliyindən 205 Ukrayna vətəndaşını vətənə qaytarmaq mümkün olub. Onlar “1000-ə qarşı 1000” formatında keçirilən mübadilənin ilk mərhələsi çərçivəsində azad ediliblər.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında bildirib.
“205 ukraynalı evinə qayıdıb”, - deyə prezident vurğulayıb.
“Azad edilənlər arasında əsgərlər, çavuşlar və zabitlər var. Onların əksəriyyəti hələ 2022-ci ildən Rusiya əsirliyində idi. Onlar Mariupolda və ‘Azovstal’da, Donetsk, Luqansk, Xarkov, Xerson, Zaporojye, Sumı, Kiyev istiqamətlərində və Çernobıl AES-də Ukraynanı müdafiə ediblər”, - deyə Zelenski bildirib.
“Ukraynalı əsirlərin azad edilməsinə kömək edən bütün tərəfdaşlara təşəkkür edirəm. Hələ də əsirlikdə qalan hər bir insan üçün mübarizəni davam etdirəcəyik”, - prezident əlavə edib.