Modern.az

Şərqi Zəngəzurun məktəb xəritəsi: 47 min şagird, 7 min müəllim

Şərqi Zəngəzurun məktəb xəritəsi: 47 min şagird, 7 min müəllim

Təhsil

Bu gün, 17:38

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (RTİ) üzrə hazırda 266 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. 

Bildirilib ki, bu məktəblərdən 8-i işğaldan azad olunmuş ərazilərdə yerləşir.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən əlavə olaraq qeyd edilib ki, RTİ üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 37-si Cəbrayıl, 31-i Qubadlı, 82-si Kəlbəcər, 90-ı Laçın, 26-sı isə Zəngilan rayonunun payına düşür.

Məlumata görə, ümumi təhsil müəssisələrində ümumilikdə 47 min 526 şagird təhsil alır. Şagirdlərin 8 min 682-si Cəbrayıl, 10 min 424-ü Qubadlı, 11 min 85-i Kəlbəcər, 13 min 325-i Laçın, 4 min 10-u isə Zəngilan rayonları üzrə qeydiyyata alınıb.

"Şagirdlərin təlim-tərbiyəsi ilə ümumilikdə 7 min 127 təhsilverən məşğul olur. Onlardan 1162-si Cəbrayıl, 981-i Qubadlı, 2093-ü Kəlbəcər, 2226-sı Laçın, 665-i isə Zəngilan rayonları üzrə fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən məktəblərin 3-ü Cəbrayıl, 3-ü Laçın, 1-i Zəngilan, 1-i isə Kəlbəcər rayonunda yerləşir", - deyə məlumatda vurğulanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?