Futbol üzrə Azərbaycan I Liqasında çempion müəyyənləşib.
Modern.az-ın məlumatına görə, "Şəfa" mövsümün sonuna 1 tur qalmış 1-ci yeri təmin edib.
Paytaxt təmsilçisi buna XXVI turda nail olub. "Şəfa" öz meydanında "Cəbrayıl"a qalib gəlib – 1:0. Bununla da xallarının sayını 57-yə çatdıran Bakı klubu izləyiciləri üçün əlçatmaz olub. Bununla da "Şəfa" qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin edib.
İlk dəfə I Liqanın qalibi olan "Şəfa" əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır. Bunadək 26 klub belə uğur əldə edib. "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan", "Qəbələ" və "Turan Tovuz" iki, digər komandaların bir qızıl medalı var.
Qeyd edək ki, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində yarış keçirilməyib.