Modern.az

Zelenski Qərb dövlətlərinə çağırış etdi - Rusiyaya təzyiqləri gücləndirin!

Zelenski Qərb dövlətlərinə çağırış etdi - Rusiyaya təzyiqləri gücləndirin!

Dünya

15 May 2026, 16:52

Ukrayna lideri Volodimir Zelenski Kiyevə raket hücumundan sonra Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırıb. Hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslər həlak olub.

“Belə bir Rusiya heç vaxt normallaşdırıla bilməz - qəsdən insan həyatını məhv edən və cəzasız qalacağını düşünən bir Rusiya. Təzyiq göstərilməlidir”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya mülki infrastrukturun qəsdən dağıdılmasına və insanların həyatını itirməsinə görə məsuliyyət daşımalıdır.

Zelenski bildirib ki, mayın 15-i səhər satlarında Rusiyanın Kiyevdəki yaşayış binasına endirdiyi raket zərbəsindən sonra axtarış-xilasetmə əməliyyatı başa çatıb. 

Dövlət başçısı həmçinin vurğulayıb ki, Ukrayna hava hücumundan müdafiə sistemlərini gücləndirməlidir. Onun fikrincə, yalnız Rusiyaya qarşı sistemli təzyiq və tərəfdaşların dəstəyi sayəsində gələcəkdə belə hücumların qarşısını almaq mümkündür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır