Modern.az

Rövşən Rzayev Ağdamda qəbul keçirdi - FOTO

Rövşən Rzayev Ağdamda qəbul keçirdi - FOTO

Aktual

Bu gün, 17:18

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ağdam şəhərində vətəndaşları qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Komitədən bildirilib.

Qeyd edilib ki, qəbulda Ağdam, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.

Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə ilk növbədə müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib.

Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?