Modern.az

Oğlumla videodanışığa icazə vermədilər - Əsir Aqşin Bəbirovun anası

Oğlumla videodanışığa icazə vermədilər - Əsir Aqşin Bəbirovun anası

Aktual

30 Noyabr 2023, 16:12

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçilərinə yenidən baş çəkiblər.

 

BQXK-nın məlumatına görə, qurumun əməkdaşları saxlanılan şəxslərlə təkbətək görüşlər keçirib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb.

 

Bəs əsir hərbçilərimiz ailələri ilə nə danışıb? Onların hazırda vəziyyəti necədir?

 

Əsir hərbçimiz Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Modern.az-a açıqlamasında bildirib ki, oğlu ilə veideogörüntü vasitəsilə əlaqə saxlamalarına icazə verilməyib:

 

“Bəli, 23 noyabrda Beynəlxalq Qırmızı Xaç Komitəsi övladlarımızla bizi danışdırdılar. Lakin video ilə danışığa imkan yaratmadılar. Video da çəkib gətirmədilər. Hiss olunurdu ki, oğlum ermənilərin təsiri altında danışır. Biz narahat olmayaq deyə yaxşı olduqlarını dedilər. Lakin hamıya məlumdur ki, işgəncə görməyən əsir olmur.  Övladlarımız orada yorğundur, sağlamlıqlarını itiriblər. Bizim də daha taqətimiz qalmayıb, danışa bilmirik. Sağlamlığımızı itirmişik. Bala dərdi çəkmək çox çətindir. 8 aydır ki, biz balamızdan ayrıyıq. "Hər şey yaxşıdır", "Qızıl Xaç nəzarət edir" deyə bilərlər. Di gəl ki, "Qızıl Xaç"ın nəzarəti altında olan övladlarımız 19 oktyabr tarixində əlaqə saxladığımız vaxt intihardan danışırdılar. Onları necə sıxışdırblarsa, noyabrın 23-də danışanda hər şeyin yaxşı olduğunu dedilər. Mən dəfələrlə dedim ki, "bala, yalandan mənə narahat olmayım deyə deyirsən?”, dedi ki, “ Yox, ana hər şey yaxşıdır”. Mənim oğlum dəfələrələ deyir ki, “məni boş verin, siz yaxşı olun”. Bir ana öz övladını necə boş verə bilər. Aqşinin də, Hüseynində anası tükənib, sağlamlığını itirib”.

D.Babayeva  Prezidentə müraciət etmək istədiyini deyib:

 

“Bugün sərhəddə görüş olacaq. Görüşü necə həsrətlə, ümidlə gözlədiyimizi bir Allah bilir. Allah körpə balalarımızı biz analarına bağışlasın. Əsir düşmənin zindanında necə olar? Bir ana kimi sözün bitdiyi yerdəyəm və çarəsizəm. Ana lazımdır ki, qayıdanda onları qarşılasın. Heç olmasa övladlarımızın başına sığal çəkib yaşadıqlaını az da olsa, unutdura bilək. Mənim oğlum 9 ay qarın içərisində xidmət edib. Onun ağ ciyəri pnevmeniya olmuşdu, böyrəkləri pristup verirdi. Ümidim, gümanım bir tək cənab Prezidentədir. Artıq dərəcədə xahiş edib, cənab Prezidentimizə yalvarıram ki, Aqşini və Hüseyni analarına qovuşdursun".

 

Xatırladaq ki, Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi