Modern.az

Goranboyda yeni hospital tikilir - FOTO

Goranboyda yeni hospital tikilir - FOTO

2 Dekabr 2023, 12:48

Goranboy şəhərində 200 nəfərin işlə təmin olunacağı Medlife Hospitalın inşaatında  son tamamlama  işləri aparılır.

 

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Hazırda Goranboy şəhərində özəl tibb müəssisəsi-Medlife Hospital inşa olunur. Cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulan  hospitalda, ambulator və stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri,  200-dən çox həkim və digər xidmət personalı fəaliyyət göstərəcək.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Medlife Hospitalın tikinti işləri ilə bir daha  yerində tanış oldu, yerli iş adamı ilə görüşdü, binanın kommunikasiya təhcizatı ilə təmin olunması ilə bağlı, qanunamüvafiq köməkliklərin göstərilməsi məqsədi ilə aidiyyəti xidmət sahələrinin rəhbərlərinə tapşırıq və tövsiyyələrini bildirdi.

 

Yerli iş adamı, rayonumuzda sahibkarlığın geniş inkişafı üçün  yaradılan əlvrişli imkanlara, göstərilən  bu dövlət dəstəyinə və qayğıya görə, Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri