Modern.az

İcbari tibbi sığortada müştərək maliyyələşmə 1 il təxirə salındı

İcbari tibbi sığortada müştərək maliyyələşmə 1 il təxirə salındı

Aktual

2 Dekabr 2023, 13:12

İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi daha 1 il təxirə salındı.

 

Modern.az-ın məlumatına görə, bununla bağlı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) Milli Məclisin 5 dakbrda keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

 

Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru daha 1 il təxirə salınır.

 

Dəyişiklikdə qeyd edilir ki, İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin müddəti 2025-ci il yanvarın 1-nə qədər təxirə salınır.

 

Qeyd edək ki, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir. Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

 

Bundan əvvəl müştərək maliyyələşmə məbləğinin tətbiqinin 2024-cü il 1 yanvardan qüvvəyə minməsi nəzərdə tutulmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi