Modern.az

Moskvada Putinim namizədliyi üçün təşəbbüs qrupu yaradıldı

Moskvada Putinim namizədliyi üçün təşəbbüs qrupu yaradıldı

Aktual

9 Dekabr 2023, 16:14

Dekabrın 16-da Moskvakı “Zaryadye” konsert zalında Vladimir Putinin Rusiya prezidentliyinə namizəd kimi irəli sürülməsi ilə bağlı bir qrup seçicinin görüşü keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Moskvadakı Oleq Tabakov Teatrının bədii rəhbəri Vladimir Maşkov təşəbbüs qrupunun iclasından sonra bildirib.

Vladimir Putinin seçkilərdə özünü irəli sürən namizəd kimi iştirak etməsi üçün bir qrup seçici lazımdır. Qrup ən azı 500 nəfərdən ibarət olmalıdır. Qanuna görə, qrup Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməli və imzatoplamanı təşkil etməlidir.


Maşkov bildirib ki, təşəbbüs qrupuna onunla yanaşı, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının sədri Aleksandr Şoxin, Dövlət Dumasında “Vahid Rusiya” fraksiyasının rəhbəri Vladimir Vasilyev, Federasiya Şurasının üzvü Aleksandr Karelin, müğənni Polina Qaqarina, Kurçatov İnstitutunun prezidenti Mixail Kovalçuk, şahmatçı Sergey Karyakin, gimnast Nikita Naqornı, “Vahid Rusiya”nın “Gənc Qvardiya”sının rəhbəri Anton Demidov, 52 saylı Moskva xəstəxanasının baş həkimi Maryana Lısenko, “Donetsk Xalq Respublikası parlamenti”nin spikeri, "Sparta" batalyonunun komandiri Artem Joga daxildir.

Dünən, dekabrın 8-də Vladimir Putin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək qərarına gəldiyini açıqlayıb. O, qalib gəlsə, beşinci dəfə dövlət başçısı olacaq.
 

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi