Modern.az

Qarabağdakı seçki məntəqələrinin üzvləri orada məskunlaşanlar olacaq

Qarabağdakı seçki məntəqələrinin üzvləri orada məskunlaşanlar olacaq

Aktual

21 Dekabr 2023, 16:54

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 26 seçki məntəqəsindən 22-24-ü ölkənin digər yerlərindəki seçki məntəqələrinə ən yaxşı nümunə ola bilər”. 


Modern.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.


Sədr vurğulayıb ki, hazırda bu məntəqələrdə son tamamlama işləri aparılır: “Seçki məntəqələrinin üzvləri əsasən orada məskunlaşan şəxslərdən ibarət olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?