Modern.az

Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridir

Məhv edilən erməni hərbçilər “Yerkrapa” könüllüləridir

Aktual

13 Fevral 2024, 11:22

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Ermənistanla sərhəddə keçirilən “qisas əməliyyatı” zamanı məhv edilmiş iki erməni hərbçinin kimliyi məlum olub.

Modern.az xəbər verir ki, ArmLur.am-ın məlumatına görə, ölən hərbçilər “Yerkrapa” Könüllülər Birliyinin üzvləridir.


Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

“Yerkrapa” Könüllülər Birliyi 1993-cü ildə yaradılan və Birinci Qarabağ müharibəsində iştirak edən könüllü erməni hərbçiləri birləşdirən qurumdur.

"Yerkrapa" Ermənistan ordusunun ehtiyat hissəsi rolunu daşıyır. Təşkilat 2016-cı ilin "Aprel döyüşləri", eləcə də İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttinə minlərlə silahlı könüllü göndərmişdi.

2019-cu ildə "Yerkrapa"ya erməni terrorçu Sasun Mikayelyan rəhbərlik edir.

A.Qorxmaz
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi